Rəşad Şolan
Rəşad Şolan
Təhsil, təkmilləşdirmə
Azərbaycan Tibb Universiteti (ATU), Müalicə-profilaktika fakültəsi – 1997-2003;
“Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini aparmış və müəllifi olduğu elmi iş ATU-nun Tələbə Elmi Cəmiyyətinin konqres materiallarında çap olunmuşdur – 2000;
ATU-nun Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir – 2002;
“İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə” mövzusunda elmi-tədqiqat işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür – 2003;
Türkiyənin Ege Universitetinin Urologiya kafedrasında urologiya üzrə rezidentura – 2003;
“Testesteronun çanaq dibi əzələlərinə təsiri və təcrübədə stress tip sidik qaçırma zamanı urodinamik göstəricilər” mövzusunda dissertasiyanı müdafiə etmiş, daha sonra bu elmi-tədqiqat işi Türkiyə Kontinensiya Cəmiyyətinin mükafatına layiq görülmüşdür – 2009;
T.C. UZMANLIK BELGESİ. Uroloji ixtisası üzrə uzmanlıq – 2009;
Təcrübə və Bacarıqlar
Ege Universitetinin Urologiya kafedrasının assistenti olmuşdur – 2003-2009;
Tibb fakültəsi yanında Ege Universitetinin əcnəbi həkim və tələbələrinin nümayəndəliyinə rəhbərlik etmişdir – 2008-2009;
Türkiyədə təhsilini həkim/uroloq ixtisası üzrə başa vuraraq Azərbaycana dönmüş, ölkəmizdə laparoskopik urologiyanın tətbiqinin əsasını qoyanlardan biri olmuşdur – 2009 ;
Azərbaycanda Gənc Uroloqların Beynəlxalq Assosiasiyasının (International Young Urologists Association) rəsmi nümayəndəsi olmuşdur – 2010;
Azərbaycanda ilk dəfə böyrəyin laparoskopik-uroloji yolla xaric edilməsi əməliyyatını icra etmişdir – 2011;
Endouroloqların 30-cu Beynəlxalq Konqresində Azərbaycanın laparoskopik urologiya üzrə ilk seriyasını təqdim etmişdir – 2012;
Ege Universitetində tamamladığı dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilərək “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır – 2012;
Respublika Diaqnostika Mərkəzində də uroloji fəaliyyət göstərmiş və həmin xəstəxananın rəsmi konsultantı olmuşdur – 2014;
Amerika Uroloqlar Assosiasiyasının (American Urological Association) araşdırmaçı üzvü olmuşdur – 2015;
Səhiyyə sahəsində məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur – 2016;
Respublika Diaqnostika Mərkəzinin Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin əsasını qoymuş və şöbənin rəhbəri olmuş, həmin dövrdən həm dövlət xətti ilə, həm də ödənişli əsaslarla böyrəkköçürmə əməliyyatlarının icrasına başlamışdır – 2017;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur – 2018;
Onun rəhbərliyi ilə Böyrək xəstəlikləri və transplantologiya şöbəsi beynəlxalq keyfiyyət sertifikatı olan ABŞ-ın JCI sertifikatını almışdır – 2019;
Onun təklifi ilə Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. O, bu təşkilatın İdarə Heyətinin sədri seçilmişdir – 2019;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunmuşdur – 2019;
Mənəvi Dəyərlərin Təbliği Fondunun mükafatına layiq görülmüşdür – 2019;
Rəşad Şolan 90-dan artıq elmi işin müəllifidir. Hazırda interstisial sistitin diaqnostikası, patogenezi və patofiziologiyası ilə bağlı doktorluq dissertasiyası üzərində işləməkdədir. Onun interstisial sistit barədə eksperimental modelləri “ESSIC 2019” və “SUFU 2020” kimi nüfuzlu konqreslərdə qəbul olunmuşdur.
Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədridir.
İştirak etdiyi treninq və seminarlar:
Cənubi Koreyanın Yonsei Universitetində robotik uroloji cərrahiyyə və böyrək transplantasiyası üzrə uzunmüddətli təcrübə keçmişdir – 2011;
Fransada (Strasburq Universiteti – IRCAD) eksperimental laparoskopik cərrahiyyənin tətbiqi kurslarını uğurla bitirmişdir – 2012;
Türkiyə Cümhuriyyətində Mikrocərrahiyyə kurslarını uğurla başa vurmuşdur – 2014;
Acıbadem Beynəlxalq Xəstəxanasında Orqan Transplantasiyası Mərkəzində böyrək transplantasiyası üzrə uzunmüddətli təcrübə keçmişdir – 2017;
Koreya Respublikasında Asiya qitəsinin ən böyük orqan transplantasiyası mərkəzi olan “Yonsei Organ Transplantation Center”də “Clinical Fellowship” proqramını uğurla başa vurmuşdur – 2018.
Rəy yaz
Vəzifə
Cərrah-uroloq, transplantoloq, şöbə müdiri
Elmi dərəcə
Uzman
İxtisas
Cərrah-uroloq, transplantoloq
İş təcrübəsi
19 il
Xidmət haqqında rəylər
Seide Ferhadova
Maşallah sizə Rəşad doktor! Allah sizi millətimizə çox görməsin! Mükəmməl bir həkim!!! Şükürki məndə sizin əllərinizdən şəfa almışam