Bədənin fiziki ağrılarını aradan qaldırmaq, bir çox xəstəlikləri cərrahiyyəsiz müalicə etmək məqsədilə yaradılmış Fizioterapiya və reabilitasiya şöbəsi də ən son texniki avadanlıqlarla təmin olunmuş böyük bir şöbədir. Son dövrlərdə fizioterapiya və reabilitasiya sahəsində ən effektiv üsul yüksək tezlikli – Funksional Maqnit Stimulyasiya hesab edilir. Bu cihaz, çanaq əzələləri patologiyaları, sidik ifrazı pozğunluqları, əməliyyatdan və ya doğuşdan sonra daha sürətli reabilitasiya və bu kimi bir çox xəstəliklərin müalicəsində innovativ cihazdır və Respublika Diaqnostika Mərkəzində tətbiq edilir.
Respublika Diaqnostika Mərkəzinin fizioterapiya və reabilitasiya şöbəsində ölkədə ilk dəfə olaraq, kardioreabilitasiya aparılır. Burada, disk yırtıqlarının cərrahiyyəsiz müalicə edilməsini xüsusilə vurğulamaq vacibdir. 4 növ– nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının vahid mərkəzdə cəmləşməsi də, RDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətlərdən biridir.
Fəqərə arası disk yırtığın cərrahiyəssiz müalicəsi :
Antalgic Trakla (Ağrının idarə olunması) müalicə tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətdə aparılır. Xəstəliyin gedişindən asılı olaraq, müalicə kursu 15-25 seans təşkil edir.
Cərrahiyəsiz, dərmansız, güvənli müalicə:
- fəqərələrarası disk qabarması və yırtığı
- disk degenerasiyası
- artrit, sinir sıxılması, stenoz
- oturaq sinirinin iltihabı
- spondilioz
- radikulopatiya
- osteoxondroz
- konservativ, fizioterapevtik, manual terapevtik, cərrahi müalicəyə cavab verməyən xroniki bel və boyun ağrıları
Fizioterapevtik müalicələr:
- reabilitasiya və bərpa
- ortopedik reabilitasiya
- nevroloji reabilitasiya
- uşaq reabilitasiyası
- idman travmalarından sonra reabilitasiya
- kardioreabilitasiya
- fizioterapiya
- Antalgic Trak – fəqərəarası disk yırtığının cərrahiyyəsiz müalicəsi
- zərbə dalğalı terapiya
- bütün növ elektrostimulyasiyalar
- maqnitoterapiya
- ultrasəs terapiya
- lazer terapiya
- termoterapiya
- krioterapiya
- akupunktura
- limfodrenaj
- manual terapiya və massaj
- CPM (passiv terapiya)