Haqqımızda

Ana səhifəHaqqımızda
Respublika Diaqnostika Mərkəzi

Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir.

Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır.

Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkmilləşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir. 

Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır. 

Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur.   

Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.

Ambulator:                                                      Stasionar:                                             

- Terapiya                                                         - Ürək-damar cərrahiyyəsi

- Kardiologiya                                                  - Uroloji cərrahiyyə

- İnvaziv kardiologiya                                    - Neyrocərrahiyyə

- Nevrologiya                                                  - İnvaziv radiologiya

- Endokrinologiya                                         - Qulaq-burun-boğaz cərrahiyyəsi

- Qulaq-burun-boğaz                                   - Neonatologiya

- Oftalmologiya                                              - Travmatologiya və Ortopediya

- Urologiya                                                      - Ümumi cərrahiyyə

- Pediatriya                                                     - Mama-ginekologiya

- Qastroenterologiya                                    - Təcili Tibbi Yardım

- Ginekologiya                                               - Reanimasiya

- Travmatologiya və Ortopediya

- Fizioterapiya və Reabilitasiya

- Miqren və baş ağrıları

- Psixiatriya

- Gündüz stasionarı


Diaqnostika:

- Radiologiya (MRT, KT, Ultrasəs, rentgen, Densitometriya)

- Laboratoriya

- Endoskopiya

- EEG

- EKQ

- Stress Testi

- Holter monitorinqi

- Audiometriya


Müdavimlərin, tələbələrin və yerli mütəxəssislərin təhsilinin davamlı inkişafı Respublika Diaqnostika Mərkəzinin prioritetlərindən biridir. Mərkəzimiz, tədris proqramı çərçivəsində Azərbaycan Tibb Universiteti ilə birgə əməkdaşlığa önəm verilməklə, rezidentlərin hazırlığını həyata keçirən klinik baza kimi fəaliyyət göstərir.

Bununla yanaşı, əldə edilmiş cərrahi nailiyyətlərin və təcrübələrin bölüşülməsi məqsədilə regionda tək olan inteqrə olunmuş əməliyyatxana yaradılmışdır. Bu əməliyyatxananın sayəsində, dünyanın hər yerindən cərrahlar və həkim-mütəxəssislər canlı bağlantı vasitəsilə həyata keçirilən əməliyyatları izləyə bilib, öz təəssüratlarını bölüşə bilərlər.

Missiya
Vizyon

Missiya

Etik və təhlükəsiz mühitdə müasir tibbi yanaşmalar təklif etmək.

Vizyon

Yüksəkixtisaslı mütəxəssislərimizin təqdim etdiyi keyfiyyətli tibbi xidmətləri davamlı olaraq təkmilləşdirməklə, akademik dəyərlərin əhəmiyyətini vurğulayaraq, səhiyyə sektorunda hörmətliliyimizi qorumaq.

Peşəkar Həkimlər - Respublika Diaqnostika Mərkəzi

Onlar bizi seçdi
Halliburton
Caspian Drilling Company
Baker Hughes
Azercell
Paşa Sığorta
Atəşgah Sığorta
Socar Polymer
Schlumberger