Bəli, mərkəzimizdə endoskopik və digər müalicəvi prosedurları təmin edəcək anestezioloqlar var.
Həkim müayinəsi olmadan ultrasəs, EKQ və digər qeyri-invaziv prosedurlardan keçə bilərsiniz. Lakin, bədənə nüfuz edən prosedurlar (məsələn, qastroskopiya), dərmanların qəbulu və ya hər hansı digər riskli prosedurlar yalnız həkimin məsləhəti (resepti) ilə mümkündür.
Respublika Diaqnostika Mərkəzində diaqnostik prosedurlardan savayı - Cərrahi müdaxilələr, Ginekologiya, Travmatologiya və Ortopediya, Reabilitasiya,Fizioterapiya,Təcili Tibbi Yardım, Reanimasiya və Stasionar bölmələr də mövcuddur.
Respublika Diaqnostika Mərkəzi, peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir ÖZƏL bir tibb müəssisəsidir.