Ümumi cərrahiyyə
Respublika Diaqnostika Mərkəzinin ümumi cərrahiyyə şöbəsində xaricdə təhsil almış və uzunmüddətli iş təcrübəsinə malik, yüksəkixtisaslı həkim kollektivi fəaliyyət göstərir.
Burada laparoskopik və açıq üsulla cərrahlarımız tərəfindən nazik və yoğun bağırsaqlar, mədə, qida borusu, öd kisəsi,
yırtıq xəstəlikləri zamanı aparılan açıq və laparoskopik cərrahi əməliyyatlar, həmçinin endokrin, süd vəzisi, proktoloji əməliyyatlar icra edilir.
Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər:
- Peritonarxası sahə və çanaq törəmələri
- Yoğun və düz bağırsağın onkoloji və digər xəstəlikləri
- Anal xəstəliklər
- Yırtıqlar( qasıq,bud,göbək,əməliyyatdan sonrakı,parastomal)
- Süd vəzi xəstəlikləri
- Qalxanabənzər və böyrəküstü vəzi xəstəlikləri
- Xolesistektomiya (laparoskopik və açıq, lazım olduqda əməliyyatdaxili USM, xolangioqrafiya müayinələrinin aparılması)
- Dalağın açıq və laparoskopik əməliyyatları
- Yırtıq əməliyyatları (açıq və laparoskopik TEP,TAPP,e-TEP )
- Qalxanabənzər vəzi əməliyyatları
- Peritonarxası sahə törəmələrinin laparoksopik cərrahiyyəsi
- Diafraqma yırtıqlarının və qastroezofageal refluks xəstəliyinin cərrahi müalicəsi (laparoskopik)
- Qida borusu xəstəlikləri zamanı əməliyyatlar: torakolaparoskopik
Mədə xəstəlikləri zamanı əməliyyatlar:
- Laparoskopik və açıq qastroektomiya,mədənin distal subtoral rezeksiyası, double-tract proksimal mədə rezeksiyası, leyomiomaların və GİST cərrahi müalicəsi.
Yoğun bağırsaq və düz bağırsaq xəstəlikləri zamanı cərrahi müalicə
- Laparoskopik appendektomiya, anal çat, pararektal fistul, hemorroidektomiya əməliyyatları, divertikulit cərrahiyyəsi(laparoskopik)
- Yoğun və düz bağırsağın onkoloji cərrahiyyəsi
- TAMİS, TATME, sağ və sol laparoskopik hemikolektomiya və s.
- Süd vəzi xəstəlikləri zamanı əməliyyatlar (südvəziqoruyucu əməliyyatlar, mastektmiya, SLNB və s.)
Ümumi cərrahiyyə Həkimlər
Sorğu üçün müraciət blankı