İnvaziv Radiologiya və şüa diaqnostikası

Ana səhifəXidmətlərİnvaziv Radiologiya və şüa diaqnostikası
İnvaziv Radiologiya və şüa diaqnostikası
İnvaziv Radiologiya və şüa diaqnostikası

İnvaziv radiologiya - özündə diaqnostika və müalicəni birləşdirən, radiologiyanın müasir, sürətlə inkişaf edən istiqamətidir.

Həkim-intervension radioloq radioloji diaqnostika metodlarının tətbiqindən sonra xüsusi iynələr, elastik kateterlər və rentgen-kompüter avadanlığından müalicə üçün istifadə edir. Burada ümumi narkoz tətbiq olunmur, qan köçürülmür, toxumaların tamlığı saxlanılır.
İntervensionist-rentgen cərrahlar skalpelsiz ən mürəkkəb rentgen cərrahi əməliyyatları icra edirlər.  

Respublika Diaqnostika Mərkəzində mövcud radioloji sahələr:  

  • Ümumi radiologiya  
  • Əzələ-dayaq sistemi radiologiyası  
  • Uşaqlar üçün radioloji müayinələr
  • Maqnit Rezonans Tomoqrafiya  
  • Kompüter Tomoqrafiyası  
  • Rentgen  
  • USM

Əməliyyatlar:  

  • Damar daxilindən qapalı cərrahiyyə – 350-dən çox-fərqli əməliyyat  
  • Beyin və onurğa beyni qan-damar patologiyaları  
  • Anevrizmalar, arteriovenoz malformasiyaları – Fistuller, embolizasiya  
  • İnsult profilaktikası  
  • Yuxu arteriyası – beyincik arteriyası stentləmə  
  • Kəskin insultda trombektomiya  
  • Onurğa beyin malformasiyalarının bağlanılması  
  • Orqan və ətraf arteriyalarının damar patologiyaları 
  • Yuxarı ətraf və aşağı ətraf arteriyalarının daralma və tutulmasında balon və stent ilə genişləndirmə 
  • Ətraf anevrizmaları və vaskulyar malformasiyaların əməliyyatları  
  • Böyrək arteriyası, nazik bağırsaq arteriyası kimi orqan arteriyalarının darlıqlarının stentlənməsi 
  • Varikoz damarlarının endovaskulyar lazer ablasiyası 
  • Aorta patologiyaları 
  • EVAR, TEVAR (Aort anevrizmalarının stent-qraft ilə qapalı bağlanması) 
  • Aorta stenozu və iltihabi aort patologiyalarının stentlənməsi 
  • Onkoloji müdaxilələr 
  • TAKE, Ablasiya kimi qaraciyər və fərqli orqan törəmələrinin damardaxili və perkutan palliativ-kurativ müalicələri 
  • Sidik axarlarının stentlənməsi, nefrostomlar  
  • Öd axarlarının drenaj və stentlənməsi 
  • Uşaqlıq fibromasının embolizasiyası (Uterin Fibroid) 
  • Damarxarici patologiyalar 
  • Abses kateter və ya iynə drenajları 
  • Müxtəlif  maye yığılmasının (urinoma, lymphosel, biloma…) drenaji 
  • Exinokok sist PAIR müalicəsi 
  • Mikromaterial texnologiyasının sürətli inkişafı sayəsində yuxarıda sinifləndirilməyən çox sayda mini-invaziv endovaskulyar əməliyyatlar   

Respublika Diaqnostika Mərkəzinin Radiologiya şöbəsində ən müasir, yeni texniki avadanlıqların vasitəsilə radioloq-mütəxəssislər müxtəlif diaqnostik müayinə və cərrahiyyəsiz müalicəvi müdaxilələr həyata keçirirlər.

İnvaziv Radiologiya və şüa diaqnostikası Həkimlər

Sorğu üçün müraciət blankı