Cərrahi əməliyyatdan sonra reanimasiya təqibinə ehtiyacı olan pasiyentlər, eyni zamanda müxtəlif orqan çatmazlığı, müştərək travma ilə daxil olan pasiyentlərə nəzarət və müalicə Mərkəzimizin reanimasiya şöbəsində həyata keçirilir.
Müasir, çoxfunksiyalı monitorlar vasitəsi ilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiqi, qaz mübadiləsi, bədən temperaturu, ürəyin fəaliyyəti, qanın oksigenlə zənginliyi kimi həyati vacib funksiyalarının göstəriciləri şöbədə daimi nəzarət altında saxlanılır.
Xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur.
Onu da qeyd edək ki, Mərkəzimizin ən qabaqcıl xüsusiyyətlərindən biri də, vəziyyətinin ağırlıq dərəcəsindən asılı olmayaraq, bütün pasiyentlərin 24 saat ərzində reanimasiya şöbəsinə qəbul oluna bilməsidir.