Ürək-damar-cərrahiyyəsi

Ana səhifəXidmətlərÜrək-damar-cərrahiyyəsi
Ürək-damar-cərrahiyyəsi
Ürək-damar-cərrahiyyəsi

Respublika Diaqnostika Mərkəzinin ürək-damar cərrahiyyəsi şöbəsində kardioloji xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə cavab verən cərrahi üsullar ilə ən innovativ texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda peşəkar kardio-cərrahlar tərəfindən həyata keçirilir. 

Şöbədə, uşaqlarda anadangəlmə ürək qüsurlarının ən yeni pediatrik invaziv-kardioloji müdaxilələrlə müalicəsi aparılır. 

Şöbə, 24 saat təcili ürək-damar xidmətlərini həyata keçirmək imkanına malikdir. 

Son 10 il ərzində hospitalmızda 1000-ə yaxın ürək-damar əməliyyatı icra olunmuşdur. 

Ürəyin işemik xəstəliyi 

Ürəyin işemik xəstəliyi ən çox rast gəlinən kardioloji patalogiyadır. Ürəyi qidalandıran
tac damarlardakı daralma və tıxanmalarla özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Son 25 ildə koronar ürək xəstəliklərində görülən bu sürətli artımın əsas səbəbləri aşağıdakılardır: 

Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı qidalar yerinə yağlı yemək növlərinin seçilməsi) 

Sürətli urbanizasiyanın  və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress 

Qeyri-sağlam həyat tərzi (Siqaret, alkoqol) 

Bu kimi səbəblər, ürəyin tac damarlarındakı daralma və tıxanmaları əmələ gətirir ki, bunlar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır. 

Aorta - koronar şuntlama əməliyyatı 

Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya (aorta) və ürəyin öz damarlarındakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi arasında damar körpüləri yaratma əməliyyatına “aorto-koronar şuntlanma əməliyyatı” adı verilir. Bu əməliyyat, adətən “açıq ürək əməliyyatının” aparılmasını tələb edir.

Bu zaman ürək və ağciyərlər tamamilə dayandırılaraq ürəyin üzərində daha rahat iş imkanı yaradılır. Bu əsnada, beyin və digər orqanların qan və oksigen ehtiyacı bədən xaricində olan süni “ürək-ağciyər” cihazı vasitəsi ilə təmin edilir. 


Qazanılmış ürək qüsurları 

Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir. 

Ürək qapağı xəstəliyi 

Ürək içində olan və qanın axış istiqamətini tənzimləyən 4 qapaq mövcuddur. Müxtəlif səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar nəticəsində zədələnmə) qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir. Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funkisyasını icra edə bilməyən qapaqlar çıxarılır və “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan durulducu dərman istifadəsini tələb edir. 
Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il)ancaq qan durulducu dərman istifadəsi tələb etmir. Bu əməliyyat da şuntlama əməliyyatında olduğu kimi açıq ürək əməliyyatı tələb edir. 

Anadanqəlmə ürək qüsurları  

Bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf  pozğunluqlarıdır. Bu pozğunluqlar, ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmazlığa səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf pozğunluqları şəklində ola bilər.

Xalq arasında "ürəyi dəlik uşaq" olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə müxtəlif forması vardır. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox ağır və mürəkkəb ola bilər. Bu qüsurlar da açıq ürək əməliyyatları ilə aradan qaldırılır. 

Ürək-damar-cərrahiyyəsi Həkimlər

Sorğu üçün müraciət blankı