Urologiya

Urologiya
Urologiya

Təbabətin bütün digər sahələrində olduğu kimi, uroloji xəstəliklərin də müalicəsində zaman faktoru çox vacibdir. Preventiv tədbirlər müalicə etməkdən daha asandır. Bu səbəbdən müəyyən yaşa çatmış şəxslər mütəmadi olaraq uroloqa müraciət etməli və sidik sistemi xəstəliklərinin profilaktikasına dair tövsiyələr almalıdırlar.

Qeyd edək ki, Mərkəzimizdə uroloq-cərrahların həyata keçirdikləri əməliyyatlar Azərbaycanın tibb sahəsində böyük marağa səbəb olmuşdur. Mərkəzimizdə fəaliyyət göstərən peşəkar mütəxəssislərimiz hər pasiyentə diqqət və qayğı ilə yanaşırlar.

Diaqnostika

Pasiyentlərin tamamilə obyektiv müayinəsi üçün diaqnostika, sidik və qan analizinin nəticələri vacibdir. Bu nəticələr gizli infeksiyalar, cinsi yolla ötürülən xəstəliklər, pasiyentin orqanizmində artıq fəaliyyətdə olan iltihabi proseslər barədə tam məlumat verir.

Mərkəzimizdəki ən müasir tibbi texnoloji avadanlıqlar mütəxəssislərimizə bütün zəruri müayinələri aparmağa imkan verir. 

Urologiya Həkimlər

Sorğu üçün müraciət blankı