Laboratoriya

Laboratoriya
Laboratoriya

Mərkəzimizdə xüsusi tədqiqatların (kimyəvi, fiziki, texniki və mexaniki) aparılması üçün müxtəlif cihaz və avadanlıqlarla təchiz olunmuş və sertifikatlaşdırılmış xüsusi bölmə – laboratoriya mövcuddur.

ISO 15189 sertifikatını almış laboratoriya ən yaxşı avtomatik analizatorlarla təchiz edilib və sutka ərzində fasiləsiz işləyir.

Almaniyanın “Aerocom” firmasının istehsalı olan vakuum poçt sistemi klinikanın bütün şöbələrindən laboratoriyaya analiz materialları nümunələrinin tez bir zamanda çatdırılmasını təmin edir.

Laboratoriyada olan bütün tam avtomat (HmX hematoloji, DxC 600 biokimyəvi, ACCESS 2 İFA, ACL, Elite Pro koaquloqramma və BD 100 bakterioloji analizatorlar) və 2 yarımavtomat (Uriscan sidik analizatorları, Smart cycle PZR real time ) cihazlar Türkiyənin “Akgün” LİS sisteminə (Laboratory İntegration System) bağlanıb.


Coulter HmX hematology analyser cihazı (ABŞ)

1 saatda 70 pasiyentin 22 parametrdən ibarət və ya 30 pasiyentin 26 parametrdən ibarət(retikulositlə birlikdə)qanın ümumi analizini həyata keçirən tam avtomat hematoloji analizatordur.

Beckman Coulter (ABŞ) firmasına məxsus DxC 600 biokimyəvi analizatoru

1 saatda 57 müxtəlif parametrdən ibarət 990 biokimyəvi test (ümumi zülal,albumin,ümumi bilirubin,düz bilirubin,ALT,AST,QQT,LDH,ALP, qlükoza,qanda və sidikdə kreatinin,kreatinin klirensi Reberq sınağı,sidik cövhəri və qalıq azot,qanda və sidikdə sidik turşusu,ümumi xolesterin, HDL,LDL,VLDL,triqlesiridlər,amilaza,diastaza (sidikdə),pankreatik amilaza,lipaza,K, Na, Cl, Ca, Mg, P, Fe, transferin, RF, ASO, CRP, İgA, İgM, İgG, UİBC, mikrototal protein,mikroalbumin, CK, CKMB) həyata keçirə bilən tam avtomat analizatordur.

Nikon Leica mikroskopuu

sidiyin, spermoqrammanın, yaxmaların mikroskopik müayinəsi üçün flüoressent imkanlarına malikdir.

“İRMA TRU POİNT”cihazı

qan qazlarının təyini: pH,pCO2,PO2,Hct,Na+,K+,iCa.

ACL Elite Pro (ABŞ)

1 saatda 22 müxtəlif parametrdən ibarət 70 test həyata keçirə bilən tam avtomat hemostaz analizatorudur (qısa və geniş koaquloqramma)

Genome lab GXP Seaquance Analyser for genetic diaqnosis

(kariotipin açılması,erkən hamiləlik zamanı xromosom patologiyalarının aşkar olunması)


Beckman Coulter,FC 500Floü Cytomer tam avtomat analizatoru


-CD-Cluster diffferensation göstəricisini, HLA onkoloji hüceyrələrdə virusun miqdarını və s.
təyin etməyə imkan verir.

Uriscan yarımavtomat sidik analizatoru sidiyin biokimyəvi analizini (xüsusi çəki, pH, zülal, qlükoza, keton, urobilinogen) həyata keçirir.

Smart cycle (ABŞ) yarım avtomat analizatoru real time amplifikatorudur.

Bu aparat nümunədə infeksion virusların kəmiyyət və keyfiyyət göstəricilərini təyin edir.


Beckman Coulter (ABŞ) firmasına məxsus olan ACCESS 2 aparatı

1 saatda 56 parametrdən ibarət 100 test həyata keçirə bilən tam avtomat immuno- ferment analizatordur (hormnolar,TOCH və digər infeksiyaların təyini)

Beckton Dickinson BD 100 (ABŞ)

Tam avtomat analizatoru infeksiyaların 520-yə yaxın bakterioloji törədicisinin identifikasiyanı və 80-ə yaxın antibiotikə qarşı həssaslıq testlərini həyata keçirir. Pasiyentdən nümunənin alınmasından 36-60 saat sonra nəticə hazır olur.

Laboratoriya Həkimlər

Sorğu üçün müraciət blankı