Pediatriya və Neonatologiya

Ana səhifəXidmətlərPediatriya və Neonatologiya
Pediatriya və Neonatologiya
Pediatriya və Neonatologiya
Pediatriya və Neonatologiya şöbəmizdə peşəkar mütəxəssislərimiz tərəfindən uşaq pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstəririk. 

Beynəlxalq standartlara cavab verən və ən müasir avadanlıqlarla təchiz edilmiş şöbəmizdə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən yeni doğulmuş körpələrə ilkin neonatoloji xidmətlər, reanimasiya və intensiv terapiya və s. kimi geniş spektrli xidmətlər göstərilir. 

Poliklinikamızda sağlam uşaqların fiziki və psixi inkişafına nəzarət və qəbul edilmiş standartlara uyğun, planlı və təcili peyvənd proqramları həyata keçirilir. Həkim-pediatr müayinəsi ilə bərabər, digər həkimlərin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur. 

Ambulator və stasionar şəraitdə uşaq pasiyentlərimizə göstərdiyimiz tibbi xidmətlərlə yanaşı, analara uşaqlarının sağlamlığı və inkişafı haqqında vacib məlumatlar verilir. 


Xidmətlərimiz: 


  • İlkin reanimasiyon tədbirlər 
  • İntubasiya 
  • Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası 
  • Surfaktantın yeridilməsi
  • Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası 
  • Mübadilə qan köçürülməsi 
  • Fototerapiya 
  • Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi 
  • Neonatal skrining testləri (fenilketonuriya, Q6-FD və s.) 
  • Endokrin pozğunluğun təyini 
  • Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.) 
  • Rentgenoqrafiya 
  • Qan qazları, qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizlər
  • Çox az çəkili doğulmuş uşaqlara intensiv terapiya və sonrakı qulluq 
  • Ümumdünya standartlarına uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması 
  • Doğumdan sonra kontrol müayinələr və vaksinasiya 

Müalicə edilən xəstəliklər: 


  • Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.)
  • Sepsis 
  • Yenidoğulmuşun hemorragik pozğunluqları 
  • Yenidoğulmuşun hemolitik xəstəliyi 
  • Yenidoğulmuşun anemiyası 
  • Endokrin pozğunluğu olan yenidoğulmuş körpələr
  • Ağciyər xəstəlikləri 
  • Ürək – damar sistemi xəstəlikləri
  • Mədə- bağırsaq sistemi xəstəlikləri 
  • Böyrək və sidik sistemi xəstəlikləri 
  • Mərkəzi sinir sistemi xəstəlikləri 
  • Ekstremal az çəkidə doğulmuş körpələrə intensiv terapiya və qulluq

Pediatriya və Neonatologiya Həkimlər

Sorğu üçün müraciət blankı