Ahmet Memiş
Ahmet Memiş
Təhsil, təkmilləşdirmə
Ege Universiteti, Tibb fakültəsi – 1977-1983;
T.C. Sağlık Bakanlığı (Ankara) ümumi praktikant həkim – 1983-1985;
Ege Universitetinin Radiologiya şöbəsində radiologiya üzrə rezident-assistent, dosent və professor – 1985-2009.
Təcrübə və Bacarıqlar
Almaniyanın Hannover Tibb Məktəbinin İntervensional radiologiya şöbəsində intervensional radiologiya və rəqəmsal radiologiya üzrə təcrübə keçmişdir – 1990-1991;
Türk Radiologiya Cəmiyyətinin İcraiyyə Komitəsinin üzvü – 1998-1999;
Türk Radiologiya Cəmiyyətinin baş katibi – 2000-2004;
Ege Universiteti Tibb fakültəsində İntervensional radiologiya şöbəsinin təsisçisi və müdiri – 2000-2009;
Türkiyə İntervensional Radiologiya Cəmiyyətinin sədri – 2004-2006;
2009-2012 illərdə aparıcı özəl tibb mərkəzlərində fəaliyyət göstərib
Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiaya və diaqnostika şöbəsinin müdiri – 2012-ci ildən bu günədək.
Professor 30-dan çox beynəlxalq kurs və konqresin təşkilat komitəsinin üzvü olmuş, 50-dən artıq elmi görüşdə dəvət edilmiş məruzəçi olmuş, 100-dən çox beynəlxalq kurs və konqresdə iştirak etmişdir.
Mükafatları:
“Deutscher Akademischen Austausch Dienst”in (DAAD) qrantını qazanmışdır – 1990;
Medizinische Hochschule Hannover Abteilung Diagnostische Radiologie I – 1990-1991;
14. Türkiyə Radiologiya Konqresi, ən yaxşı poster təqdimatı nominasiyası – 1994;
“Philips” radiologiya mükafatı, 3-cü ən yaxşı elmi-tədqiqat nominasiyası – 1997;
Türk Xərçəng Araşdırmaları Cəmiyyətinin mükafatı – 1998;
Avropa İntervensional Radiologiya Konqresində (Cardiovascular and Interventional Radiological Society of Europe – CIRSE) təşkilatçı – 2003;
Avropanın İntervensional Radiologiya Şurasının (European Board of Interventional Radiology – EBIR) Diplomu – 2011;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri diplomu – 2013;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri medalı – 2017.
İcra etdiyi müayinələr:
Direkt ve indirekt-kontrastlı rentgen;
Kompüter tomoqrafiyası (KT) və KT angioqrafiya, KT koronar angioqrafiya;
Maqnit rezonans (MR) tomoqrafiya ve MR angioqrafiya, irəli MR görüntüləmə;
Kateter angioqrafiya (DSA), beyin və digər orqanların və ətrafların angioqrafiyası-venoqrafiyası;
Ultrasonoqrafiya və rəngli doppler ultrasonoqrafiyası;
Sumuq densitometr müayinəsi;
Perkutan incə və ya kəsici iynə biopsiyaları.
İcra etdiyi əməliyyatlar:
Damar daxilindən qapalı cərrahiyyə – 350-dən çox-fərqli əməliyyat;
Beyin və onurğa beyni qan-damar patologiyaları:
Anevrizmalar, arteriovenoz malformasiyaları – Fistuller, embolizasiya;
İnsult profilaktikası üçün:
Yuxu arteriyası – beyincik arteriyası stentləmə;
Kəskin insultda trombektomiya;
Onurğa beyin malformasiyalarının bağlanılması.
Orqan və ətraf arteriyalarının damar patologiyaları:
Üst ətraf və alt ətraf arteriyalarının daralma və tutulmasında balon və stent ilə genişləndirmə;
Ətraf anevrizmaları və vaskulyar malformasiyaların əməliyyatları;
Böyrək arteriyası, nazik bağırsaq arteriyası kimi orqan arteriyalarının darlıqlarının stentlənməsi;
Kəskin orqan – bağırsaq qanaxmalarının embolizasiyası;
Varikoz damarlarının endovaskulyar lazer ablasiyası.
Aort patologiyaları:
EVAR, TEVAR (Aort anevrizmalarının stent-qraft ilə qapalı bağlanması);
Aort darlığı və iltihabi aort patologiyalarının stentlənməsi.
Onkoloji müdaxilələr:
TAKE, Ablasiya kimi qaraciyər və fərqli orqan törəmələrinin damardaxili və perkutan palliativ-kurativ müalicələri;
Sidik axarlarının stentlənməsi, nefrostomiler;
Öd axarlarının drenaj və stentlənməsi;
Uşaqlıq fibromasının embolizasiyası (Uterin Fibroid).
Damarxarici patologiyalar:
Abses kateter və ya iynə drenajları;
Fərqli maye kolleksiyalarının (urinoma, lymphosel, biloma…) drenaji;
Exinokok kista PAIR müalicəsi;
Mikromaterial texnologiyasının sürətli inkişafı sayəsində yuxarıda sinifləndirilməyən çox sayda miniinvaziv endovaskulyar əməliyyatlar.
Vəzifə
Diaqnostik və invaziv radioloq, endovaskulyar cərrah, şöbə müdiri
Elmi dərəcə
Professor
İxtisas
Diaqnostik və invaziv radioloq, endovaskulyar cərrah
İş təcrübəsi
32 il
Rəy yaz