PAP- test -Uşaqlıq boynu xərçənginin skrininqi

Uşaqlıq boynu xərçəngi ölümlə nəticələnə bilən ciddi xəstəlikdir. PAP Smear testi xərçəng hüceyrələrinin və ya uşaqlıq boynundakı patologiyaların mövcudluğunu aşkar etməyə kömək edən diaqnostika metodudur. Xəstəliyin qarşısını erkən mərhələdə almaq üçün cinsi həyata başlayandan etibarən PAP-testdən keçmək məsləhətdir. Nəticələr mənfi olduqda PAP-test iki ildən bir edilə bilər. Əgər hər hansı patologiya aşkar edilərsə, müayinə hər il edilməlidir.

PAP-testə hazırlaşmaq üçün nə etmək lazımdır?

Testdən menstruasiya başlanmasından 5 gün sonra və ya növbəti menstruasiyadan 5 gün əvvəl keçmək lazımdır.Analizdən 2-3 gün əvvəl vajinal spreydən,intim gigiyena vasitələrindən,kremlərdən istifadə edilməməli,cinsi əlaqədə olunmamalıdır.

Sağlamlığınıza diqqqət yetirin və xəstəliyin inkişaf riskini aradan qaldırmaq üçün mütəmadi olaraq ginekoloqa müraciət edin. Respublika Diaqnostika Mərkəzində siz həm testdən keçə,həm də peşəkar məsləhət ala bilərsiz.

Paylaşın
29.06.2022
845

Rəy yaz

Xəbərlər

  • Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.

    01.11.2022

    537

  • “Laparoskopik Kolorektal Cərrahiyyə”

    27.10.2022

    377

  • ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər

    22.09.2022

    351