Eritrositlərin çökmə sürəti-EÇS nədir?
Sedimentasiya və ya Eritrositlərin çökmə sürəti (EÇS)
Qanın formalı elementlərinin 99%-ni və ümumi qan miqdarının təxminən 40-45%-ni təşkil edən qırmızı qan hüceyrələri və ya eritrositlər böyrəklərin ifraz etdiyi eritropoetin hormonunun sümük iliyini stimullaşdırması nəticəsində əmələ gəlir. Bədənin bütün toxuma və orqanlarını oksigenlə təmin edən bu hüceyrələrin çökmə sürətinin artması veya azalması müxtəlif xəstəliklərin əlaməti olabilməktədir.
Eritrositlərin çökmə sürəti nə zaman artır?
Bədəndə iltihabın olması halında, qaraciyər və immun sistemi hüceyrələri tərəfindən bəzi protein strukturları istehsal olunur ve onlar qırmızı qan hüceyrələri yəni eritrositlər ilə birləşərək onların ağırlaşmasına səbəb olur. Xüsusilə iltihablı revmatik xəstəliklər, xroniki infeksiyalar, autoimmün xəstəliklər və bəzi xərçəng növlərində qırmızı qan hüceyrələrinin çəkisinin artması müşahidə olunur. Çəkisi artan eritrositlər isə məhlulda daha sürətlə dibə çökürlər. Orqanizmdə infeksiya və ya iltihabın olub-olmadığını aşkar etmək üçün həyata keçirilən sedimentasiya prosesi xəstədən laboratoriya şəraitində alınan qanla həyata keçirilir. Yarım saat, iki saat və 24 saat ərzində eritrositlərin nə qədər sürətlə çökməsi araşdırılır. Bədəndəki iltihabın miqdarından asılı olaraq, qırmızı qan hüceyrələrinin dibə çökmə sürəti dəyişir.
Həmçinin eritrositlərin çökmə sürətinin azalması da bəzi xəstəliklərə işarə ola bilər. Oraqvari hüceyrə anemiyası, hemoglobinopatiyalar, anizositoz və diabet kimi qan sıxlığını artıran xəstəliklər və bəzi qan dövranı pozğunluqları çökmənin sürətinin azalmasına səbəb ola bilər.
Sedimentasiya dəyəri və ya başqa sözlə çökmə sürətinin normal dəyərləri aşağıdakılardır:
Yenidoğulmuşlarda: 0-2 mm/saat
Uşaqlarda: 0-10 mm/saat
50 yaşdan kiçik qadınlar: 0-20 mm/saat
50 yaşdan yuxarı qadınlar: 0-30 mm/saat
Hamilə qadınlarda: 4-57 mm/saat
50 yaşdan kiçik kişilər: 0-15 mm/saat
50 yaşdan yuxarı kişilər: 0-20 mm/saat
Eritrositlərin çökmə sürətinin dəyəri yaşa və cinsə görə fərqli hesablanır. Qadınların öz eritrositlərin çökmə sürətini(EÇS) hesablaması üçün yaşa 10 əlavə edilir və sonra ikiyə bölünür; Kişilər üçün isə yaşı ikiyə bölməklə birbaşa hesablanır.
Sağlam həyat üçün mütəmadi olaraq sağlamlığınızı yoxlatmağı unutmayın.
Uzman terapevt Gülxar Süleymanova
Xəbərlər
Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.
01.11.2022
538
“Laparoskopik Kolorektal Cərrahiyyə”
27.10.2022
377
ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər
22.09.2022
351
Rəy yaz