Ayaqlarda şişliyin səbəbi.


Ayaqların şişməsinə nə səbəb olur?

Ayaqda şişkinliyin meydana gəlməsi, ödem və ya iltihab kimi iki əsas mexanizm vasitəsilə baş verir. Bəzi xəstəliklər ödem əmələ gəlməsinə, yəni mayenin saxlanmasına səbəb olaraq şişkinliyə səbəb olarkən, digərləri isə iltihab səbəbi ilə şişlik yaradır. Bir və ya hər iki ayağın şişməsinə səbəb olan xəstəlikləri aşağıdakı kimi sıralamaq olar:

 

Böyrək çatışmazlığı

Uzun müddətli yəni xroniki böyrək pozğunluqlarında böyrək funksiyalarında ciddi pisləşmə baş verir. Belə pozğunluq zamanı böyrəklər bədəndəki tullantıları və artıq suyu süzmək iqtidarında olmur və nəticədə bədəndə maye yığılması baş verir. Yığılan maye xüsusilə ayaqlarda şişməyə səbəb olur. Böyrək xəstəliklərində xəstədə ürəkbulanma, yorğunluq, nəfəs darlığı, həddindən artıq susuzluq kimi əlamətlər də yaranır. Həmçinin kəskin böyrək çatışmazlığı da ayaqlarda şişkinliyə səbəb ola bilər.

 

Ürək çatışmazlığı

Ürəyin funksiyasını tam yerinə yetirə bilmədiyi zaman bədəndə, xüsusən də ayaqlarda ödem əmələ gəlir. Ürək çatışmazlığı səbəbindən inkişaf edən digər simptomlar; nəfəs darlığı, yorğunluq, öskürək olaraq sıralana bilər.

Dərin Venaların Trombozu (DVT)

Dərin venaların trombozu ayaq damarlarında qanın laxtalanmasıdır. Tromboz adlanan bu laxta, olduğu yerdən qoparaq ağciyərlərə gedə bilər. Qan laxtasının ağciyərə getməsinə ağciyər emboliyası deyilir və bu həyat üçün təhlükəlidir. Dərin ven trombozu adətən bir ayağın sərt şişməsinə səbəb olur. Şişkinliyə əlavə olaraq, ayaqlarda həssaslıq, temperaturun artması, qırmızı və ya mavi rəng dəyişikliyi kimi simptomlara səbəb ola bilər. DVT əlamətləri göstərən insanlar vaxt itirmədən ən yaxın sağlamlıq mərkəzinə müraciət etməlidirlər.

Varikoz və ya venoz çatışmazlıq

Normalda ayaqların vena damarlarında qapaq kimi strukturlar yəni klapanlar olur. Bu klapanlar ayaqdan gələn qanın ürəyə doğru getməsini və bədənin aşağı hissələrinə geri axmamasını təmin edir. Lakin bu qapaqlarda disfunksiya yarandıqda qan qapağın arxasına qaçır və bu nahiyədə yığılmağa başlayır. Birləşən qan ayaqda varikoz damarlarının mavi-bənövşəyi görünüşünü yaradır. Varikoz damarları da ayaqlarda şişkinliyə səbəb olan xəstəliklər arasındadır.

Hamiləlik

Hamiləliyin son dövrlərində uşağın ölçüsünün artması ilə ayaqlardakı damarlara təzyiq artır. Bu, qan dövranının yavaşlamasına səbəb ola bilər, nəticədə ayaqda yumşaq şişkinlik yaranır.

 

Uzman terapevt Gülxar Süleymanova

Paylaşın
29.06.2022
4030

Rəy yaz

Xəbərlər

  • Menisk zədələnməsi

    05.10.2023

    176

  • Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.

    01.11.2022

    670

  • “Laparoskopik Kolorektal Cərrahiyyə”

    27.10.2022

    508

Aksiyalar

  • Şəkərli Diabet müayinəsinə 50%-dək endirim!

    21
    1123
    31
    1223