Artroz hansı səbəblərdən yaranır?

    Artroz nədir?

    
Artroz oynaqlarda inkişaf edən,  xroniki degenerativ - distrofik xəstəlikdir. 

 
 Bu xəstəlik cavanlar arasında kişilərdəyaşlı nəsil arasında isə qadınlarda üstünlük təşkil edir. 


  Yaranma səbəbləri:


  •       Travmalarsınıqlarbağların qırılması  digər xəsarətlər; 

  •       Autoimmun xəstəliklər ; 

  •       Qığırdaq  sümük toxumasının iltihabı; 

  •       Metabolik  endokrin sistemin patologiyaları; 

  •       Qan dövranı sisteminin xəstəlikləri; 

  •       Genetik degenerativ xəstəliklərməsələnosteokondrit  başqaları. 


Kimlərdə rast gəlinə bilər?


  •       Yaşlı adamlarda; 

  •       Artıq çəkidən əziyyət çəkənlər; 

  •       İdmançılar  işi fiziki fəaliyyətlə əlaqəli olan şəxslər; 

  •       İrsi meylilik  

  •       Bel  servikal onurğada distrofik pozğunluqları olan xəstələr. 

    Artrozun əlamətləri? 

  • Oynaqda ağrı. Ağrı, adətən, fiziki gərginlik zamanı (gəzinti, pillələrlə qalxıb-enərkən, oturaq vəziyyətdən qalxdıqda, qaçış, idman hərəkətləri) yaranır və sakitlik halına keçdikdə və oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir.

     

  • Oynaqdaxili xırıltı. Qeyd etmək lazımdır ki, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq bu zaman onlarda ağrı olmur.

  • Oynaqda hərəkətliliyin azalması. Xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi, adətən, zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur.


    Müalicə və diaqnostika:


    Artrozlu pasiyentin müalicəsində əsas məqsəd qığırdağın sonrakı zədələnməsinin qarşısının alınması  oynağın funksiyalarının saxlanmasıdır. 
      
    Patologiya uzun müddət kompleks müalicə olunur. 

Travmatoloq - ortoped Ceyhun İsmayılov  

 

Paylaşın
16.08.2022
2390

Rəy yaz

Xəbərlər

  • Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.

    01.11.2022

    538

  • “Laparoskopik Kolorektal Cərrahiyyə”

    27.10.2022

    377

  • ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər

    22.09.2022

    351