Böyrək xəstəlikləri və böyrək transplantalogiyası
Təbabətin bütün digər sahələrində olduğu kimi, uroloji xəstəliklərin müalicəsində də zaman faktoru çox vacibdir. Preventiv tədbirlər müalicə etməkdən daha asandır. Bu səbəbdən müəyyən yaşa çatmış şəxslər mütəmadi olaraq uroloqa müraciət etməli və sidik cinsiyyət sistemi xəstəliklərin profilaktikasına dair tövsiyələr almalıdırlar.
Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzində cərrah-uroloq, transplantoloqların əməliyyatları hər zaman ölkədə səs-küyə səbəb olur. Məsələn, yaxın zamanda Bakıda unikal əməliyyat keçirildi və 40 yaşlı təkböyrəkli pasiyentə süni sidik kisəsinin qoyulması tibb dünyası üçün hadisə oldu.
Diaqnostika
Pasiyentlərin tamamilə obyektiv müayinəsi üçün diaqnostika, sidik və qan analizinin nəticələri vacibdir. Bu nəticələr gizli infeksiyalar, cinsi yolla ötürülən xəstəliklər, pasiyentin orqanizmində artıq getməkdə olan iltihabi proseslər barədə tam məlumat verir.
Müasir tibbi texnologiyalar mütəxəssislərimizə bütün zəruri müayinələri aparmağa imkan verir.
Xəbərlər
Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.
22.03.2023
315
“Laparoskopik Kolorektal Cərrahiyyə”
22.03.2023
182
ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər
22.03.2023
184
Aksiyalar
ZƏFƏR GÜNÜ münasibətilə Katarakta və Eksimer - Lazer Lasik əməliyyatlarına aksiya
Rəy yaz