Fizioterapiya və Reabilitasiya
Respublika Diaqnostika Mərkəzinin fizioterapiya və reabilitasiya şöbəsində ölkədə ilk dəfə olaraq, kardioreabilitasiya aparılır. Burada, disk yırtıqlarının cərrahiyyəsiz müalicə edilməsi xüsusilə qeyd olunmalıdır. 4 növ – nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının vahid mərkəzdə cəmləşməsi də RDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətlərdəndir.
Bədənin fiziki ağrılarını aradan qaldırmaq, bir çox xəstəlikləri cərrahiyyəsiz müalicə etmək məqsədilə yaradılmış Fizioterapiya və reabilitasiya şöbəsi də ən son texniki avadanlıqlarla təmin olunmuş böyük bir şöbədir. Son dövrlərdə fizioterapiya və reabilitasiya sahəsində ən effektiv yüksək tezlikli – Funksional Maqnit Stimulyasiya hesab edilir. Bu cihaz çanaq əzələləri patologiyaları, sidik ifrazı pozğunluqları və bu kimi bir çox xəstəliklərin müalicəsində innovasiya cihazıdır və indiki zamanda ölkəmizdə yalnız RDM-də təbliğ edilir.
Fəqərə arası disk yırtığın cərrahiyəssiz müalicəsi :
Antalgic Trakla (Ağrının idarə olunması) müalicə tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətdə aparılır. Xəstəliyin gedişindən asılı olaraq, müalicə kursu 15-25 seans təşkil edir.
Cərrahiyəsiz, dərmansız, güvənli müalicə:
• fəqərələrarası disk qabarması və yırtığı
• disk degenerasiyası
• artrit, sinir sıxılması, stenoz
• oturaq sinirinin iltihabı
• spondilioz
• radikulopatiya
• osteoxondroz
• konservativ, fizioterapevtik, manual terapevtik, cərrahi müalicəyə cavab verməyən xroniki bel və boyun ağrıları
Fizioterapevtik müalicələr:
• Reabilitasiya və bərpa
• ortopedik reabilitasiya
• nevroloji reabilitasiya
• uşaq reabilitasiyası
• idman travmalarından sonra reabilitasiya
• kardioreabilitasiya.
• Fizioterapiya
• Antalgic Trak – fəqərəarası disk yırtığının cərrahiyyəsiz müalicəsi
• zərbə dalğalı terapiya
• bütün növ elektrostimulyasiyalar
• maqnitoterapiya
• ultrasəs terapiya
• lazer terapiya;
• termoterapiya
• krioterapiya
• akupunktura
• limfodrenaj
• manual terapiya və massaj
• CPM (passiv terapiya)
Xəbərlər
Respublika Diaqnostika Mərkəzi 3cü dəfə ABŞ-ın JCI akkreditasiyasını uğurla qazanıb
08/13/2022
2580
Aksiyalar
Kataraktanı 24 ayа taksitnən ödəyin
Uşaqların beynəlxalq müdafiə gününə özəl kampaniya
Rəy yaz