İnvaziv Radiologiya və şüa diaqnostikası
İnvaziv radiologiya özündə diaqnostika və müalicəni birləşdirən, radiologiyanın müasir, sürətlə inkişaf edən istiqamətidir. Həkim-intervension radioloq radioloji diaqnostika metodlarının tətbiqindən sonra xüsusi iynələr, elastik kateterlər və rentgen-kompüter avadanlığından müalicə üçün istifadə edir. Burada ümumi narkoz tətbiq olunmur, qan köçürülmür, toxumaların tamlığı saxlanılır. İntervensionist-rentgen cərrahlar skalpelsiz ən mürəkkəb rentgen cərrahi əməliyyatları icra edirlər.
Respublika Diaqnostika Mərkəzində mövcud radioloji sahələr:
• Ümumi radiologiya
• Əzələ-dayaq sistemi radiologiyası
• Uşaqlar üçün radioloji müayinələr
• Maqnit Rezonans Tomoqrafiya
• Kompüter Tomoqrafiyası
• Rentgen
• USM
Əməliyyatlar:
• Damar daxilindən qapalı cərrahiyyə – 350-dən çox-fərqli əməliyyat
• Beyin və onurğa beyni qan-damar patologiyaları
• Anevrizmalar, arteriovenoz malformasiyaları – Fistuller, embolizasiya
• İnsult profilaktikası
• Yuxu arteriyası – beyincik arteriyası stentləmə
• Kəskin insultda trombektomiya
• Onurğa beyin malformasiyalarının bağlanılması
• Orqan və ətraf arteriyalarının damar patologiyaları
• Yuxarı ətraf və aşağı ətraf arteriyalarının daralma və tutulmasında balon və stent ilə genişləndirmə
• Ətraf anevrizmaları və vaskulyar malformasiyaların əməliyyatları
• Böyrək arteriyası, nazik bağırsaq arteriyası kimi orqan arteriyalarının darlıqlarının stentlənməsi
• Varikoz damarlarının endovaskulyar lazer ablasiyası
• Aorta patologiyaları
• EVAR, TEVAR (Aort anevrizmalarının stent-qraft ilə qapalı bağlanması)
• Aorta stenozu və iltihabi aort patologiyalarının stentlənməsi
• Onkoloji müdaxilələr
• TAKE, Ablasiya kimi qaraciyər və fərqli orqan törəmələrinin damardaxili və perkutan palliativ-kurativ müalicələri
• Sidik axarlarının stentlənməsi, nefrostomlar
• Öd axarlarının drenaj və stentlənməsi
• Uşaqlıq fibromasının embolizasiyası (Uterin Fibroid)
• Damarxarici patologiyalar
• Abses kateter və ya iynə drenajları
• Müxtəlif maye yığılmasının (urinoma, lymphosel, biloma…) drenaji
• Exinokok sist PAIR müalicəsi
• Mikromaterial texnologiyasının sürətli inkişafı sayəsində yuxarıda sinifləndirilməyən çox sayda miniinvaziv endovaskulyar əməliyyatlar
Respublika Diaqnostika Mərkəzinin Radiologiya şöbəsi ən müasir, yeni texniki avadanlıqların sayəsində radioloq-mütəxəssislərimiz müxtəlif diaqnostik müayinə və cərrahiyyəsiz müalicəvi müdaxilələr həyata keçirirlər.
Xəbərlər
Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.
22.03.2023
316
“Laparoskopik Kolorektal Cərrahiyyə”
22.03.2023
183
ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər
22.03.2023
184
Aksiyalar
ZƏFƏR GÜNÜ münasibətilə Katarakta və Eksimer - Lazer Lasik əməliyyatlarına aksiya
Rəy yaz