Miqren və baş ağrıları üzrə mütəxəssis Dr. Sərxan Əmirquliyev:
"Əsasən, 50-75% hallarda miqren irsi xarakter daşıyır. Bir çox hallarda isə ataklar spontan və səbəbsiz olur. Bəzi uşaqlarda isə miqreni təhrik edən amilləri müşahidə etmək olur."
Miqreni təhrik edən amillər bunlardır:
- stress
- müəyyən qidalar
- gündəlik qidalanmanı ötürmək
- az maye qəbulu
- qeyri-sabit yuxu rejimi
- səs-küy
- güclü qoxular
- hava və barometrik təzyiqdə dəyişikliklər
- hormonal dəyişikliklər
- beyin sarsıntısı və travmatik beyin xəsarətləri
06.12.2023