Respublika Diaqnostika Mərkəzində TAVİ əməliyyatı uğurla icra edildi!

Ana səhifəXəbərlərRespublika Diaqnostika Mərkəzində TAVİ əməliyyatı uğurla icra edildi!
09.09.2024
RDM-də İcbari Tibbi Sığortanın dəstəyi ilə TAVİ əməliyyatı uğurla icra edildi.

Respublika Diaqnostika Mərkəzində Dr. Anar Əmrah və Dr. Şahin Xəlilov tərəfindən daha əvvəl Açıq Ürək Əməliyyatı (AKŞ) tətbiq edilmiş pasiyentə 2-ci dəfə ürək əməliyyatı (kəsik aparılmadan və anesteziya verilmədən qapalı yolla aorta qapağının dəyişdirilməsi) uğurla icra edildi.

Ciddi təngnəfəslik şikayəti olan pasiyentə Elmi Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) mütəxəssislərinin konsiliumu nəticəsində 2-ci dəfə açıq ürək əməliyyatının yüksək riskli olduğuna qərar verilmiş və pasiyentə TAVİ əməliyyatı tövsiyə edilmişdir.

9 fevral 2024-cü il tarixində Ciddi Aorta Qapaq darlığı olan pasiyentə RDM-də Dr. Anar Əmrah və Dr. Şahin Xəlilov tərəfindən qapalı yolla aorta qapağın dəyişdirilməsi əməliyyatı uğurla icra edildi. Əməliyyatdan 3 gün sonra pasiyent evə buraxılmışdır.

Bu cür əməliyyatları icra etmək üçün RDM-də tam təchiz olunmuş hibrid əməliyyatxana mövcuddur. Bu da, mürəkkəb ürək əməliyyatlarının həyata keçirilməsinə imkan yaradır.