RDM-də STA-MCA Bypass əməliyyatı uğurla həyata keçirildi!

Ana səhifəXəbərlərRDM-də STA-MCA Bypass əməliyyatı uğurla həyata keçirildi!
20.06.2024
Neyrocərrah Dr. Pərvin Mirzəliyev tərəfindən ölkəmizdə ilk dəfə icbari tibbi sığorta ilə STA-MCA Bypass əməliyyatı uğurla həyata keçirildi!

“6 aydır sağ daxili yuxu arteriyası total tıxalı olan, buna bağlı olaraq sol qolda və ayaqda zəiflik (hemiparez), ünsiyyət qurmada çətinlik (disfazi), şüur azalması, üzün sol tərəfində assimetriya (sol santral fasial paralizi) yaranıb. Pasiyentə sağ qulağın önündən keçən sağ STA arteriyası ilə beyindaxili sağ MCA-M4 arteriyasının anastomozu icra olundu. Postop dönəmdə (əməliyyat sonrası) pasiyentin bütün şikayətləri düzəlmişdir.”

Dr. Pərvin Mirzəliyev uğurlu keçən əməliyyatdan sonra əməyi keçən hər kəsə və hər cür şəraitin yaradılmasına görə RDM rəhbərliyinə
təşəkkürünü bildirdi.