İbrahim Əfəndiyev

Ana səhifəHəkimlərİbrahim Əfəndiyev
Ümumi cərrah
İbrahim Əfəndiyev
  • Həkim
  • Ümumi cərrah
  • 37 il

Təhsil, təkmilləşdirmə

1987-1993 Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi 

1993-1994 M.Nağıyev adına Bakı şəhər Təcili Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində internatura 

İştirak etdiyi treninq və seminarlar: 

2012 İrlandiya Cərrahların Kral Kolleci 

2013 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Həkim cərrah ixtisası üzrə hazırlıq kursu 

2014 İstanbul Universiteti Çapa Tibb fakültəsi Xəstəxanasında “Qastroskopiya və kolonoskopiya” kursu 

Fundamental Critical Care Support Society of Critical Care Medicine, Buraidah, Saudi Arabia; 

Basic Life Support, Buraidah, Saudi Arabia; 

2016 İnönü Universiteti, Turqut Özal Tibb Mərkəzində “Bariatrik və Metabolik cərrahiyyə” kursu, Malatya, Türkiyə

 

 

Təcrübə və Bacarıqlar

1987-1989 Rusiyanın Leninqrad şəhərindəki hərbi hospitalda məcburi hərbi xidmətdə tibb qardaşı

1994 - 2003 Aparıcı özəl  tibb  mərkəzlərində fəaliyyət göstərib 

2013-2014  Aparıcı özəl  tibb  mərkəzlərində fəaliyyət göstərib 

2002-2013 Səudiyyə Ərəbistanı Krallıgı Səhiyyə Nazirliyi “Wothelan General Hospital”da ümumi cərrah

İstanbul Universiteti Çapa Tibb fakültəsi Xəstəxanasının Cərrahi Endoskopiya şöbəsində həkim-cərrah – sentyabr-dekabr 2014;

2015-ci ildən bu günədək Respublika Diaqnostika Mərkəzində ümumi cərrah

 İcra etdiyi əməliyyatlar: 

Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatlar; 

Laparoskopik appendektomiya; 

Diafraqma yırtıqlarının laparoskopik təmiri (fundoplikasiya); 

Müxtəlif mənşəli bağırsaq keçməzliyinin ləğvi; 

Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar; 

Yırtıqların açıq və laparoskopik üsulla təmiri (qasıq, göbək yırtıqları, orta xətt, əməliyyatdan sonra əmələ gələn yırtıqlar və s.); 

Diaqnostik laparoskopiya; 

Bariatrik və metabolik cərrahiyyə (mədə kiçiltmə əməliyyatı); 

Abdominoplastika; 

Babasil düyünlərinə lateks həlqələrinin qoyulması; 

Hemorroidektomiya; 

Pararektal fistulların ləğvi; 

Anal çatın cərrahi müalicəsi; 

Anal stenozlarda plastik rekonstruksiya (anoplastika). 

Şərhlər