Şəkərli diabet nədir və ondan necə qorunaq?



Şəkərli diabet nədir? 
 
Şəkərli diabet mədəaltı vəz tərəfindən yetərli səviyyədə insulin hormonun sintez edilməməsi və ya sintez edilən insulin hormonunun effektiv təsirinin olmaması hesabına yaranan xroniki bir xəstəlikdir. 
 
Nəticədə,bu xəstəlikdən əziyyət çekənlər qida ilə qəbul etdikləri şəkəri “yanacaq” kimi istifadə edə bilmirlər və 
qanda qlükozanın səviyyəsi artır. 


1ci və 2 ci tip şəkərli diabet 
Gedişinə,müalicə prinsiplərinə görə bir birindən ferqlənən növləri vardır. 
Tip 1 Şəkərli Diabet mütləq şəkilli insulin defisiti hesabına yaranır.Xəstəlik kəskin başlayır.Müalicəsi bur mənalı şəkildə insulin müalicəsidir. 
Tip 2 Şəkərli Diabet - mədəaltı vəzin rezervi olur,lakin mədəaltı vəz həmin insulin rezervini effektiv sintez etmir və hüceyrələrdə insulinə qarşı rezistentlik olur. 
 
Yaranma səbəbləri: 
 
Ümumiyyətlə şəkərli diabet multifaktorial bir xəstəlikdir. 
 
-İrsi meyllilik. 
-Viral infeksiyalar, toksinlər 
-Stress faktorları 
-Fiziki aktivliyin azalması, oturaq həyat tərzi 
-Artıq çəki 
-Düzgün qidalanmamaq 
 
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir? 
 
Tip 1 şəkərli diabet adətən kəskin başlayır,uşaqlarda,gənclərdə daha çox rast gəlinir. 
Tip2 şəkərli diabet isə daha çox yaşlılarda rast gəlinir və uzun müddət gizli gedişə malik olur. 
 
-Ağızda quruluq,susuzluq hissi 
 -Su qəbulunun artması 
-Sidik ifrazının artması 
-İştahanın artması 
 
 
-Doyma hissinin olmaması 
-Tezləşmiş təkrarlanan sidik yolları infeksiyası 
-Görmənin zəifləməsi 
-Halsızlıq, yorğunluq 
-Arıqlama  
-Yaraların gec sağalması  
 

Xəstəliyin diaqnozu 

Diaqnoz qoymaq üçün ilk addım qanda qlükozanın səviyyəsinə baxmaqdır .Aclıq qlükozasının səviyyəsini bilmək çox təəssüf ki, kifayət etmir. 
Xəstəliyin kəskin və xroniki ağırlaşmalarını yaşamamaq üçün diaqnozun vaxtında qoyulması və müalicənin vaxtında düzgün aparılması şəkərli diabetdən əziyyət çəkənlər üçün olduqca vacibdir.

Paylaşın
30.06.2022
728

Rəy yaz

Xəbərlər

  • Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.

    01.11.2022

    538

  • “Laparoskopik Kolorektal Cərrahiyyə”

    27.10.2022

    377

  • ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər

    22.09.2022

    351