Qastroskopiya nə zaman təyin edilir?
Qastroskopiya nədir?
Qastroskopiya – qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyətinin, mədə-bağırsaq traktının vizual şəkildə müayinəsi üsuludur.
Endoskopik müayinə 5-7 dəqiqəlik sedasiya altında aparılır.
Qastroskop cihazı, optik videokamera ilə təchiz olunmuş elastik bir borudur.
Qastroskopiyanın əhəmiyyəti
Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti haqqında ətraflı məlumat almağa, iltihab ocaqlarını müəyyən etməyə, xoraları, bədxassəli şişləri və digər lezyonları aşkar etməyə imkan verir.
Heç bir instrumental diaqnostika metodu (ultrasəs, kompüter tomoqrafiyası, maqnit rezonans görüntüləmə daxil olmaqla) mədə-bağırsaq traktının bu qədər dəqiq təsvirini vermir. Mədə - bağırsaq xəstəliklərinin diaqnostikasında Endoskopiya (Qastroskopiya) qızıl standartdır.
Qastroskopiya həkimə vəziyyəti öz gözləri ilə görmək imkanı verir ki, bu da ona diaqnoz qoymağa və ən təsirli müalicə kursunu təyin etməyə imkan yaradır.
Qastroskopiya üçün göstərişlər
Qastroskopiya adətən aşağıdakı hallarda təyin edilir:
differensial diaqnostika məqsədilə qida borusu, mədə və bağırsaqların hər hansı xəstəlikləri (o cümlədən qastrit, mədə xorası, poliplər, şişlər) üçün;
mədə-bağırsaq qanaxması ilə (onların səbəbini və lokalizasiyasını müəyyən etmək üçün)
mədə-bağırsaq traktının selikli qişasının vəziyyətini öyrənmək lazımdırsa (bəzi digər orqan və sistemlərin xəstəliklərinin diaqnostikası və müalicəsində belə bir ehtiyac yarana bilər)
dəmir defisitli anemia
ağrılı udma, udmanın pozulması (disfagiya)
inadçı qusma
inadçı ishal
Qastroskopiyaya hazırlıq
Qastroskopiya ac qarnına aparılır. Mədədə qidanın olması tədqiqat aparmağı çətinləşdirir və dəqiq diaqnoz qoymağa imkan vermir. Buna görə də, son qida qəbulu qastroskopiyadan 8-10 saatdan gec olmayaraq olmalıdır.
Qastroskopiyadan əvvəl səhər nə yemək, nə də içmək olar.
Səhər hər hansı bir dərman qəbul etməlisinizsə, mümkün qədər tez görüş təyin etməyə çalışın ki, testdən sonra dərmanlarınızı qəbul edə bilərsiniz.
Başqa bir seçim: dərmanlarınızı az miqdarda su ilə qəbul edin; lakin bu zaman dərman qəbulu ilə qastroskopiya arasında ən azı 3 saat keçməlidir.
Diabetli xəstələr tədqiqat günü fərdi şəkər səviyyəsinə diqqət yetirməlidirlər. Təcili ehtiyac olduqda, bir parça şəkər yeyə və ya bir neçə qurtum şirin su içə bilərlər.
Həkim məsləhəti olmadan özbaşına müalicə olunmaq tövsiyə edilmir.
Qastroenteroloq, Hepatoloq, Endoskopist – Nemət Məlikov
Xəbərlər
Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.
01.11.2022
538
“Laparoskopik Kolorektal Cərrahiyyə”
27.10.2022
377
ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər
22.09.2022
351
Rəy yaz