Neyrofizioloji müayinə üsulları nədir?

Neyrofizioloji müayinə üsulları nədir?
  

Neyrofizioloji müayinə üsulları - müxtəlif patologiyalar zamanı mərkəzi və periferik sinir sistemi funksional vəziyyətinin qiymətləndirmə üsullarıdır. Bu müayinə üsullarına elektroensefaloqrafiya (EEQ), elektroneyromioqrafiya (ENMQ), uyarılmış görmə potensialları (VEP pattern) və s. aiddir.
 


EEQ


 EEQ - başın üst səthində tüklü hissəyə elektrodlar yerləşdirməklə beyin qabığının funksional bioelektrik aktivliyini müayinə edən üsuldur.


Bu müayinə üsulunun məqsədi:

  •            baş beyin qabığının oyanıq və yuxu halında normal funksional aktivliyini qiymətləndirmək;
  •            anormal fəaliyyəti aşkar etmək;
  •            patologiyanın diffuz və ya ocaqlı olduğunu aşkar etmək;
  •            ocaqlı patologiyanın lokalizasiyasını dəqiqləşdirmək;
  •            paroksizmal aktivliyi, epileptik aktivliyi aşkar etmək, xarakterini, yayılma səviyyəsini dəqiqləşdirmək;
  •            uşaqlarda yaşa görə funksional aktivliyin formalaşmasını dəyərləndirmək;
  •            nevroloji funksiyalarda, nitqin, motorikanın, davranışın, vegetativ funksiyaların tutmaşəkilli hallarını defferensə etmək;
  •            müalicəyə dinamik nəzarət;
  •            proqnoz vermək. Beyin ölümünün dəqiqləşdirilməsi.
     

EEQ-yə göstərişlər

  •            
                    epilepsiya, bayılma, sinkopa, huşun itməsi;
  •                 kəllə - beyin travması;
  •                 qıcolma sindromu;
  •                 şişlər neyroinfeksiya, hipotalamik disfunksiya;
  •                 beyin ölümü, koma, sopor təyin etmək.


 
EEQ - oyanıq və yuxu halında aparıla bilir.

Müasir zamana uyğun olaraq video EEQ monitorinq daha məsləhətlidir. Xəstənin şikayəti və klinikasına müvafiq olaraq, cəkiliş şəraiti həkim tərəfindən seçilir.

Ehtiyac olduqda yuxu deprivasiyası fonunda və ya uzunmüddətli videomonitorinqlər aparılır. Bu, əsasən, epilepsiya və qeyri-epileptik paroksizmlərin differensasiyası ücün dəyərli olub, xəstənin uzunmüddətli video və yazı cəkilişidir.

EEQ-nin üstünlükləri:


  •             invaziv metod deyil;
  •             yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur;
  •             asanlıqla həyata keçirilir;
  •             hazırlıq tələb etmir və tətbiqinə məhdudiyyət yoxdur;

 


Nevroloq - neyrofizioloq Almaz Səfərova

Paylaşın
10.10.2022
459

Rəy yaz

Xəbərlər

  • Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.

    01.11.2022

    537

  • “Laparoskopik Kolorektal Cərrahiyyə”

    27.10.2022

    377

  • ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər

    22.09.2022

    351