FMF(Ailəvi Aralıq dənizi qızdırması) xəstəliyi

Ailəvi Aralıq dənizi qızdırması (FMF) qarın ağrısı və qızdırma tutmaları ilə özünü göstərən autosomal resessiv ötürülən irsi xəstəlikdir.

Xüsusilə Aralıq dənizinə sahili olan ölkələrdə tez-tez rast gəlinir.

FMF  simptomları təkrarlanan tutmalar şəklində 3-4 gün davam edən,

  • qızdırma,
  • qarın ağrısı (peritonda iltihab nəticəsində)
  • döş qəfəsində ağrı və sancma (plevrit-ağciyər qişasının iltihabı)
  • oynaqlarda ağrı-şişkinlik (artrit-oynaq iltihabı)  –Adətən bu şikayətlər müalicə edilməsə belə 3-4 gün ərzində öz-özünə keçir.

Təkrarlanan hücumlar zamanla bədənimizdə amiloid adlı zülalın yığılmasına səbəb olur. Amiloid ən çox böyrəklərdə toplana bilər və xroniki böyrək çatışmazlığına səbəb olur. Hemçinin damar divarlarında toplana və vaskulitə səbəb ola bilər.

Diaqnoz ön planda müayinə nəticələrinə və laboratoriya testlərinə əsasən qoyulur. Həmçinin, atipik hallarda genetik analiz de faydalı ola bilər.

Kolxisin müalicəsinin xəstələrin əhəmiyyətli bir hissəsində hücumların və amiloidozun inkişafının qarşısını aldığı aşkar edilmişdir.

Kolxisin müalicəsi ömürlük olmalıdır.

Xəstə hamilə olsa belə istifadə etmək tövsiyə olunur.

 

Xəstəlik daha çox Aralıq dənizi sahillərində məskunlaşmış millətlərdə çox rast gəlinsə də, ölkəmizdə FMF xəstəliyi olan şəxslər vardır.

 

Terapevt- Uzman dr. Gülxar Süleymanova

 

Paylaşın
06.06.2022
526

Rəy yaz

Xəbərlər

  • Sizin rahatlığınız üçün poliklinikanın iş vaxtını saat 20:00-a qədər uzatdıq.

    22.03.2023

    315

  • “Laparoskopik Kolorektal Cərrahiyyə”

    22.03.2023

    182

  • ÜST- ün təşkilat nümayəndələri Respublika Diaqnostika Mərkəzini ziyarət etdilər

    22.03.2023

    184

Aksiyalar

  • ZƏFƏR GÜNÜ münasibətilə Katarakta və Eksimer - Lazer Lasik əməliyyatlarına aksiya

    04
    1122
    26
    1122