Uşaqlarda Miqrenin səbəbi nədir?

Ana səhifəBloqlarUşaqlarda Miqrenin səbəbi nədir?
09.09.2024

Miqren və baş ağrıları üzrə mütəxəssis Dr. Sərxan Əmirquliyev:

"Əsasən, 50-75% hallarda miqren irsi xarakter daşıyır. Bir çox hallarda isə ataklar spontan və səbəbsiz olur.
Bəzi uşaqlarda isə miqreni təhrik edən amilləri müşahidə etmək olur."

Miqreni təhrik edən amillər bunlardır:

  • stress
  • müəyyən qidalar
  • gündəlik qidalanmanı ötürmək
  • az maye qəbulu
  • qeyri-sabit yuxu rejimi
  • səs-küy
  • güclü qoxular
  • hava və barometrik təzyiqdə dəyişikliklər
  • hormonal dəyişikliklər
  • beyin sarsıntısı və travmatik beyin xəsarətləri

06.12.2023