Dr.Kənan Əhmədov canlı "Mini-perkutan nefrolitotripsiya" əməliyyatı həyata keçirdi.

Ana səhifəBloqlarDr.Kənan Əhmədov canlı "Mini-perkutan nefrolitotripsiya" əməliyyatı həyata keçirdi.
10.09.2024
09.05.2024-cü ildən 12.05.2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin keçirmiş olduğu 1-ci Milli Konqres çərçivəsində 11.05.2024 tarixində Canlı Cərrahiyyə bölməsində Dr.Kənan sidik axarının ilkin kateterizasiyası olmadan xəstənin beli üstə uzanmış vəziyyətdə mini-perkutan nefrolitotripsiya əməliyyatını həyata keçirdi.

Dr. Kənan Əhmədov bu cərrahi seansda böyrəyin çoxsaylı daşlardan bir etaplı əməliyyatla təmizlənməsinə imkan verən, böyrəyə bir neçə yerdən giriş tələb edən bir xəstəni təqdim etdi.

Perkutan nefrolitotripsiya-bel nahiyəsindən punksiya olunaraq böyrək daşlarının çıxarılması əməliyyatıdır.
Dr. Kənan Əhmədovun icra etdiyi əməliyyatın ilk xüsusiyyəti xəstənin arxası üstə uzanmış vəziyyətdə yerinə yetirilməsidir.

Bu, anesteziya zamanı xəstə vəziyyətinin dəyişməsinin qarşısını alır və anestezioloji riskləri azaldır. Bu fakt, ürək-damar xəstəlikləri olan pasiyentlərdə daha aktualdır.

İkinci xüsusiyyəti odur ki, birinci standart mərhələni, sistoskopiyanı və sidik axarının kateterizasiyasını atlayaraq əməliyyat və anesteziyanın müddətini qısaldır.

Bu, onun ultrasəs naviqasiyası üzrə mütəxəssis biliyi sayəsində mümkün olub ki, bu da dəqiq böyrək punksiyalarının əlavə orientirlərdən istifadə etmədən icra olunmasını təmin edir.