Buynuz Qişa Transplantasiyası Nədir?

Ana səhifəBloqlarBuynuz Qişa Transplantasiyası Nədir?
13.05.2024
Respublika Diaqnostika Mərkəzində  gözün buynuz qişasının transplantasiyası uğurla həyata keçirilir.

Ölkəmizdə  gözün buynuz qişasının köçürülməsi əməliyyatı asanlaşıb. Artıq vətəndaşlarımız bu əməliyyatın aparılmasına ehtiyac olduğu halda xarici ölkələrə üz tutmurlar.

Buynuz qişa gözün ən ön hissəsində yerləşən, işığı sındırmaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və sferik səthə malik olan toxumadır. Bu toxuma gözün ən qüvvətli işıq sındırma sahəsidir.

Buynuz qişa işığı sındırma xüsusiyyəti sayəsində xaricdən gələn işığın torlu qişaya düşməsinə kömək edir. Buynuz qişa şəffaf və damarsız struktura malikdir.

Damarsız olmasına baxmayaraq, sinirlərin paylaşımı dəridən 300-400 dəfə daha sıxdır. Buynuz qişa göz yaşı və göz içi mayesindəki oksigen vasitəsilə qidalanır.

 Sinir lifləri sayəsində göz qırpma refleksi oyandırılır və buynuz qişa göz yaşı ilə hər zaman isladılaraq səthinin bütövlüyü qorunur. 

İnsanın bioloji ölümündən sonra 24 saat ərzində gözün buynuz qişası götürülə və 7 gün ərzində başqa insana köçürülə bilər. 

Bu əməliyyatlar bir çox hallarda anesteziyaya ehtiyac olmadan aparılır və təxminən 40 dəqiqə davam edir.


PHD, MD, Oftalmoloq - cərrah Xəlil Hüseynov