Pediatriya
Pediatriya və Neonatologiya şöbəsində peşəkar həkimlərimiz tərəfindən uşaq pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilməkdədir.
Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlər reanimasiya və intensiv terapiya və s. geniş spektrli xidmətlər göstərilir.
Poliklinikada sağlam uşaqların fiziki və psixiki inkişafına nəzarət və qəbul edilmiş standartlara uyğun, planlı və təcili peyvənd proqramları həyata keçirilir.
Həkim-pediatr müayinəsi ilə bərabər, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.
Ambulator və stasionar şəraitdə uşaq pasiyentlərimizə göstərilən tibbi xidmətlə yanaşı, analara uşağın sağlamlığı və inkişafı haqqında vacib məlumatlar verilir.
Təklif edilən xidmətlər:
İlkin reanimasion tədbirlər
Intubasiya
Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası
Surfaktantın yeridilməsi
Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası
Mübadilə qan köçürülməsi
Fototerapiya
Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi
Neonatal skrining testləri (fenilketonuriya, Q6-FD və s.)
Endokrin pozğunluğun təyini
Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.)
Rentgenoqrafiya
Qan qazları, qanın, sidiyin ümumi vəbütün növbiokimyəvi analizləri
Çox az çəkili yarımçıq doğulmuş uşaqlaraintensiv terapiya və sonrakı qulluq
Ümumdünya standartlarına uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması
Doğumdan sonra kontrol müayinələr və vaksinasiya
Müalicə edilən xəstəliklər:
Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.)
Sepsis
Yenidoğulmuşun hemorragik pozğunluqları
Yenidoğulmuşun hemolitik xəstəliyi
Yenidoğulmuşun anemiyası
Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar
Ağ ciyər xəstəlikləri
Ürək – damar sisteminin xəstəlikləri
Mədə- bağırsaq sisteminin xəstəlikləri
Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri
Mərkəzi sinir sistemi xəstəlikləri
Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq
Xəbərlər
Respublika Diaqnostika Mərkəzi 3cü dəfə ABŞ-ın JCI akkreditasiyasını uğurla qazanıb
08/13/2022
2580
Aksiyalar
Kataraktanı 24 ayа taksitnən ödəyin
Uşaqların beynəlxalq müdafiə gününə özəl kampaniya
Rəy yaz