Abbasəli Abbasəliyev

Abbasəli Abbasəliyev

Təhsil, təkmilləşdirmə

Türkiyənin Dokuz Eylül Universiteti, Tibb fakültəsi – 1991-1997;

Türkiyənin Ege Universitetinin Kardiologiya kafedrasında ixtisaslaşma keçərək, elmi işini müdafiə etmiş, kardiologiya mütəxəssisi adını almışdır – 1997-2001;

Tibb elmləri namizədidir.

Təcrübə və Bacarıqlar

Azərbaycanda koronar angioqrafiya müayinəsi və stent qoyulması yolu ilə tıxanmış damarların açılması əməliyyatlarının icrası, başqa sözlə invaziv kardiologiya üzrə ilk yerli mütəxəssisdir;

İzmirdə xüsusi Atakalp Ürək Xəstəlikləri Xəstəxanasında çalışmışdır – 2001-2003; 

2003- 2017   illərdə aparıcı özəl  tibb  mərkəzlərində fəaliyyət göstərib 

Respublika Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiridir – 2017-ci ildən bu günədək;

Azərbaycan Kardiologiya Cəmiyyəti İdarə Heyətinin üzvüdür.

İştirak etdiyi treninq və seminarlar:

RDM-də Radiasiya təhlükəsizliyinin əsasları kursu;

“BLS” və “Heartsaver CPR AED” həkimlər üçün “İlk tibbi yardım” üzrə təlim kursu.

Mükafatları:

“Səhiyyə əlaçısı” döş nişanı – 27 dekabr 2013;

“Tərəqqi” medalı – 14 noyabr 2016.

İcra etdiyi əməliyyatlar:

Koronar angioqrafiya müayinəsi və stent qoyulması yolu ilə tıxanmış damarların açılması əməliyyatları;

Bəzi anadangəlmə ürək qüsurlarının (Ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlararası çəpərin defekti (ASD), Patent Duktus Arteriosuz (PDA), Aort koarktasiyası) cərrahiyyəsiz (qapalı) müalicəsi;

Ürək ritminin problemlərində daimi pacemaker (ürək batereyası) taxılması;

ICD, CRT cihazlarının implantasiyası;

Aort qapağının qapalı üsulla dəyişdirilməsi (TAVI);

Exokardioqrafiya daxil olmaqla, bütün növ invaziv müdaxilələr;

Ürək çatışmazlığı, hipertoniya, ürəyin işemik xəstəliyi, ateroskleroz və s. kimi bütün ürək xəstəliklərinin diaqnostikası və müalicəsi.

Rəy yaz

Abbaseli_Abbaseliyev_avatar_1656484559707

Vəzifə

İnvaziv kardioloq, şöbə müdiri

Elmi dərəcə

Tibb elmləri namizədi

İxtisas

İnvaziv kardioloq

İş təcrübəsi

21 il