Qastroezofageal Reflüks nədir? en

Home pageBlogsQastroezofageal Reflüks nədir? en
13.05.2024
Mədə möhtəviyyatının qida borusuna geri qayıtmasına Qastroezofageal  Reflüks (QERX) deyilir. 

Normalda mədədə olan qida və turşu, öd mayesi qida borusuna geriyə qayıtmaz. Bunun əsas səbəbi qida borusu ilə mədə arasındakı büzücü sfinkterin olmasıdır. 

Bu qida borusundan mədəyə qidanın keçəsinə icazə versədə mədədən qida borusuna geri qayıtmasını əngəlliyər. 

Bu sistemin pozulması və qida borusu selikli qişasının səthinin tamlığının pozulması, sfinkterin tonusdan düşməsi fonunda yarnması Qastroezofagiyal Reflüks Xəstəliyi (QERX) adlanır.

QERX-in Səbəbləri:

tüpürcək vəzi disfunksiyası;
mukozanın aqressiv amillərə qarşı müqavimətinin azalması;
Helicobacter pylori ürək mədəsinin selikli qişasının kolonizasiyası;
diafraqmanın yırtığının olması;
mədənin dismotiliyası.
Xəstəliyin inkişafına səbəb olan səbəblərə əlavə olaraq, bir çox təhrikedici amillər var. Bunlara daxildir:

yaş, genetika;
düzgün olmayan pəhriz, piylənmə;
hamiləlik;
siqaret, spirtli içkilər;
obstruktiv bronxit, astma;
qarın boşluğunda artan təzyiq (qəbizlik, fiziki fəaliyyət);
özofagusun sinir-əzələ disfunksiyası;
özofagus zədəsi
QERX əlamətləri nələrdir ?

 

• Yanma hissi 

• Halitozis – ağız qoxusu

• Disfagiya – udqunma çətinliyi

• Odinofagiya – udqunmada ağrı

• Şişkinlik

• Gəyirmə

• Hıçqırıq

• Xroniki öskürək 

 

QERX diaqnozu necə qoyulur ?

 

Endoskopiya müayinəsi ilə yemək borusunun içi, mədə və qida borusu birləşdiyi hissədə dəyərləndirilməlidir. Endoskopiyada qida borusuna mədədən gələn turşu, öd mayesinın yaratdığı xoralar, eroziyalar, Barret Ezofaqusu görülər. 

 

Nemət Məlikov 
Qastroenteroloq - hepatoloq