Estetik ginekologiya nədir?

Home pageBlogsEstetik ginekologiya nədir?
13.05.2024
Estetik ginekologiya son illər qadınlar tərəfdən yüksək maraq göstərilən bir sahədir. 

Anadangəlmə qüsurlar, hamiləlikdən sonra və yaşla bağlı genital bölgənin dəyişiklikləri - estetik və funksional  pozulmalara səbəb olur. Və nəticədə sidik qaçırması, uşaqlıq yolunun elastikliyinin itirilməsi, cinsi həyatda olan diskomfort qadınların həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.  

Bu problemlərin başlanğıc mərhələlərində əməliyyatsız və daha az invaziv prosedurların tədbiği ilə xanımlara kömək etmək mümkündür (Lazer müalicəsi, PRP, Vaginal fillerlər və s.). 

Estetik ginekologiya aid olan cərrahi əməliyyatlar isə daha gecikmiş durumlarda uğurla istifadə olunur (vaginoplastika, labioplastika, xudektomiya, Labia majora augmentasiyası, perineoplastika). 

Estetik ginekologiya nəinki yeni istiqamətdir, o, həmçinin bir çoxlarının göz yumduğu problemlərin həll olmasına kömək olur.  

Ən önəmlisi - Estetik Ginekologiya sayəsində qadının həyat keyfiyyəti yüksəlir və özgüvən hissi artırır. 

Aynur Babayeva  
Mama - ginekoloq