Respublika Müalicəvi Diaqnostika Mərkəzi İLİN BİRİNCİSİ olub!

2017-ci il dekabrın 20-də Milli İnternet Mükafatı – “Milli Net 2017” qaliblərinin təqdimat mərasimi keçirilib. “Boulevard” Oteldə baş tutan tədbirdə yarışmaya 18 Nominasiya üzrə 392 internet resursun təqdim olunduğu və onlardan yalnız 291-nin yarışmaya buraxıldığı bildirib. Səsvermədə Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 19 nəfərlik Münsiflər Heyətinin iştirak edildiyi nəzərə çatdırılıb.

Münsiflər Heyətinin 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşılarını seçdiyi, qiymətləndirmə prosesinin kontent, dizayn və texnoloji istiqamətdə aparıldığı vurğulanıb.

Münsiflər Heyətinin və ekspertlərin rəyinə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) ən yaxşı Facebook səhifəsi nominasiyasında qalib elan olunub, ən yaxşı Instagram hesabı nominasiyası üzrə isə 2-ci yeri qazanıb. “Milli Net” müsabiqəsinin simvolu olan, tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks edilmiş buta, diplomlar və qiymətli hədiyyələr RMDM-in PR və Marketinq üzrə mütəxəssisi Səadət HƏNİFƏYEVAya təqdim edilib.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.