Cərrah və cərrah-rezidentlərin nəzərinə!

Hər birinizi 22 dekabr 2017-ci il tarixdə saat 16:00-da Azərbaycan Cərrahlar Birliyinin təşəbbüsü ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) keçiriləcək cərrahların növbəti aylıq elmi toplantısına dəvət edirik!

Tədbirdə Xolesistektomiya zamanı öd yolları zədələnmələrinə yanaşma və Qasıq yırtıqlarının laparoskopik əməliyyat üsulları ilə bağlı məruzələr olacaq. Tədbirdə iştirak edən cərrah-rezidentlərdən birinə “Schwartz's principles of surgery” kitabı hədiyyə ediləcək.

Tədbirdə iştirak etmək istəyənlərin əvvəlcədən 012 530 90 29 və ya 012 913 nömrəsinə zəng edərək qeydiyyatdan keçmələri MÜTLƏQDİR!