RMDM-də növbəti xeyriyyə aksiyası keçirilib

 2017-ci il noyabrın 10-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Oftalmologiya şöbəsi tərəfindən göz xəstəliyindən əziyyət çəkən insanlar üçün növbəti xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində kataraktası (yaşla əlaqəli, fəsadlı katarakta) olan 30 nəfər əməliyyat olunaraq göz sağlamlığına qovuşub. Bu barədə Oftalmologiya şöbəsinin müdiri, t.e.n. Xəlil Hüseynov məlumat verib: “Əhalinin sağlamlığının qorunması naminə mütəmadi olaraq keçirdiyimiz növbəti bu xeyriyyə aksiyasında biz 60 nəfərə yaxın göz xəstəliyindən əziyyət çəkən insanı müayinə etdik. Onlardan 30 nəfərinin əməliyyata ehtiyacı olduğunu müəyyən etdik. Bu gün daha 30 insana göz nurunu qaytaracağıq. Daha 30 nəfər göz sağlamlığına qovuşacaq. Əlbəttə ki, bu hissləri sözlə ifadə etmək çətindir. Bu gün həm də atamın ildönümüdür. Mən bu xeyriyyə aksiyasını atama ithaf edirəm.”

Aksiya “ATV” telekanalı vasitəsilə işıqlandırılıb.