Hipofiz vəzinin nəhəng adenoması olan qadın tam sağlamlığına qovuşdu

Hipofiz vəzinin nəhəng adenoması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən qadının əsas şikayəti görmənin kəskin pisləşməsi olub. Bu barədə RMDM-in həkim-neyrocərrahı Azər Əkbərov məlumat verib: “Pasiyentdə eyni zamanda böyük törəmənin hipofiz vəzini sıxması nəticəsində halsızlıq və tez yorulma ilə özünü göstərən hormonal yetərsizlik də aşkar edilib. Endoskopik əməliyyat olunan pasiyentin görməsi bərpa edildi və qadın normal həyata qayıtdı. Bu gün çəkilən kontrol MRT-də törəmə aşkar edilmədi. Hipofiz, görmə sinirləri və ətraf önəmli strukturlar rahat görüldü.”

A.Əkbərov daha bir uğurlu əməliyyatın həyata keçirilməsində birgə əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.