Qaraciyəraltı iltihablanmış appendiks uğurla xaric edilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 28 yaşlı qadın pasiyent 2 gündən artıq qarnın sağ yarısında, xüsusilə də bel nahiyəsinə irradiasiya edən ağrı səbəbi ilə müayinə olunduqdan sonra "Kəskin Appendisit" diaqnozu qoyulub.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyevin verdiyi məlumata görə, diaqnoz qoyulduqdan sonra Subhepatik (qaraciyəraltında) yerləşən iltihablanmış appendiks laparoskopik yolla uğurla xaric edilib: “Ümumiyyətlə, Sekumun enməməsi (UNDESCENDED CECUM) və Qaraciyəraltı soxulcanabənzər çıxıntı (SUBHEPATİC APPENDİX) appendikulyar çıxıntının az rast gəlinən anatomik variasiyasıdır. Appendikulyar çıxıntının iltihabı zamanı kliniki gediş klassik təqdimatdan tam fərqli olub, diaqnostik çətinlik törədir. Bizə müraciət edən pasiyentdə icra etdiyimiz bu cərrahi əməliyyat uğurla nəticələndi. Köməyi keçən hər bir əməkdaşımıza minnətdarlığımı bildirirəm.”