Beynəlxalq elmi sahədə hesab edilən böyük uğur!

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) İntervensional radiologiya  və şüa diaqnostikası şöbəsinin müdiri, Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Dr. Əhməd Məmişin ingilis dilində beynəlxalq tibbi ədəbiyyatda yayımlanmış məqalələri 1600 digər beynəlxalq məqalədə faydalı mənbə olaraq istifadə olunub.

Əlavə olaraq, “Mədə-bağırsaq arteriya və vena xəstəlikləri” 2017-ci il beynəlxalq təlimatında (guideline) Prof. Dr. Əhməd Məmişin “Mədə-bağırsaq damar xəstəliklərində invaziv radiologiya müalicəsi” təcrübəsini hesabat etdiyi məqalələri də faydalı mənbə olaraq göstərilib.

Bu göstərici beynəlxalq elmi sahədə böyük uğur hesab edilir.