Hipofiz vəzinin funksional adenomaları

"Xəstəlik çağırılmamış qonaq kimi gəldi və onun gündəlik düzənini pozdu. Getdikcə artan baş ağrıları, yaddaş pozuntusu, yüksələn təzyiq, əllərin keyiməsi, xarici görünüşünün şişkinliklər hesabına dəyişməsi qəhrəmanımızı və onun doğmalarını gündən-günə daha çox narahat edirdi. Xəstəlik hər gün daha çox hücuma keçirdi. ...MÜCADİLƏ..."

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Xəzər TV” telekanalı ilə birgə televiziya layihəsi üzrə növbəti veriliş 2017-ci il iyulun 28-i saat 14:20-də olacaq. Verilişdə izləyicilərə bir xəstənin tarixçəsi və sosial çarx təqdim olunacaq, RMDM-in neyrocərrahı Azər Əkbərov “Hipofiz vəzinin funksional adenomaları” ilə bağlı suallara aydınlıq gətirəcək.

İzləməyi unutmayın.