Anadangəlmə ürək qüsuru olan uşaqların həyat tərzi necə olmalıdır?

“Övladının həyatı təhlükə altında olan ananın rahatlığı olarmı? Baş verənləri anlamayan, ona kömək etməyə çalışan ağ xalatlılardan qorxan körpəsinin bir-birindən çətin suallarını, yerinə yetirə bilməyəcək xahişlərini eşitməyin çətinliyi də bir tərəfdən. Amma ümid həmişə var. Xüsusən ananın ürəyində. ...GƏLƏCƏYƏ ÜMİDLƏ...”

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Xəzər TV” telekanalı ilə birgə televiziya layihəsi üzrə növbəti veriliş 2017-ci il iyulun 21-i saat 14:20-də olacaq. Verilişdə izləyicilərə bir xəstənin tarixçəsi və sosial çarx təqdim olunacaq, RMDM-in həkim-pediatrik kardioloqu Mədinə Yüzbaşova və anestezioloq-reanimatoloqu Samirə Vəliyeva “Anadangəlmə ürək qüsuru olan uşaqların həyat tərzi necə olmalıdır?” mövzusu ilə bağlı suallara aydınlıq gətirəcəklər.

İzləməyi unutmayın.