Böyrək xəstəlikləri

"Qəhrəmanımız böyrək çatışmazlığından əziyyət çəkirdi. Canını etibar etdiyi mütəxəssislərə nə qədər güvənsə də, həyəcanlı idi. Axı söhbət orqan transplantasiyasından gedirdi. Həkimlər də əməliyyatın riskli olduğunu, onlardan asılı olmayan amillərin varlığını etiraf edirdilər. Donoru isə uzaqda axtarmağa ehtiyac yox idi. Qəhrəmanımızın qardaşı gözünü qırpmadan canını paylaşmağa razılıq vermişdi. ...FƏDAKARLIQ..."

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Xəzər TV” telekanalı ilə birgə televiziya layihəsi üzrə növbəti veriliş 2017-ci il iyulun 14-ü saat 15:00-da olacaq. Verilişdə izləyicilərə bir xəstənin tarixçəsi və sosial çarx təqdim olunacaq, RMDM-in nəzdində "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzinin müdiri, cərrah-­uroloq, t.ü.f.d. Rəşad Şolan “Böyrək xəstəlikləri” ilə bağlı suallara aydınlıq gətirəcək.

İzləməyi unutmayın.