RMDM-in növbəti uğuru!

Fransada yerləşən, Laparoskopik təlim mərkəzi olan IRCAD hər il 400 mindən çox cərraha WeBSurg virtual universitet vasitəsilə Laparoskopik cərrahi təhsil almağa imkan verir. Bu tədris prosesində beynəlxalq standartlara uyğun olan əməliyyat videoları istifadə olunur.

Postsovet məkanından ilk olaraq, azərbaycanlı cərrah, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-ümumi cərrahı İlqar İsmayılovun icra etdiyi Laparoskopik bağırsaq əməliyyatı IRCAD-ın təhsil proqramına daxil edilib və WeBSurg-də bu əməliyyatın videosu yayımlanıb.

Bu da Azərbaycan səhiyyəsinin son illərdə inkişafının növbəti göstəricisidir.