Bu tarixlərdə hepatoloji müayinələr ödənişsiz olacaq!

“28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü” ilə bağlı 2017-ci il iyulun 24-28-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) kampaniya keçiriləcək. Kampaniyada iştirak edənlər pulsuz həkim-hepatoloqun konsultasiyasını alacaq və həkim tərəfindən təyin olunan laborator müayinələrə 20% endirimdən faydalanacaqlar.

Konsultasiya Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alan, Türkiyə Respublikasının Hacettepe Universitetinin Qastroenterologiya bölümündə “Qastroenteroloq” ixtisasını alan, ABŞ-ın Klivlənd Universitetində kurs keçən, “Türkiyə Qastroenteroloji Dərnəyi”nin fəxri üzvü olan RMDM-in həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən aparılacaq.

Qaraciyərə zərər yetirən hepatitlərlə mübarizə aparın, sağlamlığınızın qayğısına bu gün qalın! Hər kəsi kampaniyada iştiraka çağırırıq!