Hepatitlər

"Qaraciyər iltihabı xəstəliyi olan hepatitlər infeksion və qeyri-infeksion səbəblərdən yaranır. Virus hepatitləri hepatitlərin yarıdan çoxunu təşkil edir. Bəs nə etməliyik ki, hepatitlərdən qorunaq?"

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Xəzər TV” telekanalı ilə birgə televiziya layihəsi üzrə növbəti veriliş 2017-ci il iyunun 30-u saat 15:00-da olacaq. Verilişdə izləyicilərə bir xəstənin tarixçəsi və sosial çarx təqdim olunacaq, RMDM-in infeksionisti Vasif Əliyev “Hepatitlər” ilə bağlı suallara aydınlıq gətirəcək.

İzləməyi unutmayın.