YALNIZ 31 AVQUSTA KİMİ! CƏMİ 10 AZN-Ə “Check-up”!

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) yeni endirim kampaniyasına start verib. 2017-ci il avqustun 31-dək davam edəcək kampaniyada hər bir vətəndaş cəmi 10 AZN-nə 7 dəqiqə ərzində 29 (aclıq) və 25 (toxluq) meyarı üzrə müayinədən keçəcək, sağlamlıq nəticələri anındaca həm SMS şəklində onun telefonuna, həm də e-mail ünvanına göndəriləcək. Bu endirim RMDM tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı “ASAN xidmət” mərkəzlərində təşkil olunmuş “Check-up” xidmətinə şamil olunur.

Müayinəyə gələn hər kəs 10 illik ürək-damar xəstəlikləri riskinin olub-olmadığını öyrənəcək, www.saglikliyasamadestek.com portalında onun üçün şəxsi hesab yaradılacaq və burada tibbi tarixçə yerləşdiriləcək. Bu da imkan verəcək ki, dünyanın istənilən yerində belə, bu hesaba daxil olaraq, tarixçəni şəxsi həkimə göstərə bilsin.

Portalda təzyiq, xolesterin, qan şəkəri, bədən analizi, ürək-damar xəstəlikləri riski barədə gedişatı qrafik olaraq izləmək mümkündür, avtomatik olaraq həkim tövsiyələri verilir, müalicə alınırsa, bunun effektliliyinə nəzarət etmək mümkün olur.