“Upper Gastrointestinal System Disorders” mövzusunda seminar keçirilib

2017-ci il iyunun 22-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-ümumi cərrahı Emin Əmiraslanov tərəfindən “Halliburton” şirkətinin Azərbaycan nümayəndəliyində “Upper Gastrointestinal System Disorders” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliklərinin  vitse-prezidenti Randy Gilchrist seminarın keçirilməsinin əhəmiyyətindən söz açıb, sağlamlığın qorunması üçün bu mövzuda maarifləndirmənin vacib olduğunu vurğulayıb.

Emin Əmiraslanov yuxarı həzm sisteminin xəstəlikləri, qida borusunun iltihabı, qastroezofaqial reflüks, qida borusunun bədxassəli törəmələri, hiatal yırtıq, qastrit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi barədə çıxış edib.

Böyük maraqla qarşılanan seminarın sonunda iştirakçıların sualları əsasında müzakirələr aparılıb.