Hipofiz vəzinin adenoması

"Hər şey adi halsızlıqdan, başgicəllənmədən başladı. Bu narahatlıqlar əslində orqanizmin çaldığı həyəcan təbili imiş... Bəlkə də orqanizminin harayına vaxtında səs verməsəydi, nəticə qorxunc ola bilərdi."

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Xəzər TV” telekanalı ilə birgə televiziya layihəsi üzrə növbəti veriliş 2017-ci il iyunun 16-sı saat 15:00-da olacaq. Verilişdə izləyicilərə bir xəstənin tarixçəsi və sosial çarx təqdim olunacaq, RMDM-in neyrocərrahı Azər Əkbərov “Hipofiz vəzinin adenoması” ilə bağlı suallara aydınlıq gətirəcək.

İzləməyi unutmayın.