“Hamiləlikdə endokrin dəyişikliklər və folat çatışmazlığı” mövzusunda seminar keçirilib

2017-ci il iyunun 13-də “Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə keçirilən seminarda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ginekoloq-endokrinoloqu Pərvin Nəbiyeva çıxış edib. Seminar “Hamiləlikdə endokrin dəyişikliklər və folat çatışmazlığı” mövzusuna həsr edilib.

Pərvin Nəbiyeva qalxanvari vəzin hamiləliyin gedişatı, dölün inkişafı və doğuşda rolu, qalxanvari vəzi patologiyalarının hamiləlik zamanı fəsadları, hamiləlik dövründə hipotireoz, şəkərli diabetin diaqnostikası və müalicəsi, hamiləlikdə folat və ya fol turşusunun (B9 vitamini) faydaları, fol turşusu çatışmazlığının anaya və körpəyə mənfi təsirləri haqqında məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və hamilələrə tövsiyələr verilib.